Bia.Az

Xüsusi təyinatlı müəssisələrdə qarnizon xidməti təşkil ediləcək

Siyasət
 14-03-2020, 12:52     296

Xüsusi təyinatlı müəssisələrdə qarnizon xidməti təşkil ediləcək

Azərbaycanda xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkil edilməsi təklif olunur.

bia.az “Report”-a istinadən xəbər verir ki, bununla bağlı "Sərhəd mühafizə orqanları haqqında" qanunun 2-ci maddəsinə dəyişiklik nəzərdə tutulur

Dəyişiklik layihəsinə əsasən, sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (xüsusi təyinatlı müəssisələrdən başqa).

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.скачать dle 12.1