Bia.Az

Şuşa Bəyannaməsində 1915-ci il hadisələri - Nəsiman Yaqublunun yazısı

Siyasət
 18-06-2021, 12:37     28

15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" böyük tarixi əhəmiyyətə malikdir. Bu sənəd imkan verir ki, həm də tarixdə baş verən hadisələr obyektiv olaraq araşdırılsın və ictimaiyyətə çatdırılsın. Məlumdur ki, 70 illik sovet rejimi dövründə sovet alimləri və araşdırıcıları ermənilərin təsiri altında olaraq Türkiyə əleyhinə uydurma və saxta kampaniyalar aparmış, 1915-ci ildə qondarma erməni soyqırımı iddialarından kitablar yazıb  sovet arxiv və kitabxanalarına yerləşdirmişlər. Türkiyə ilə İkinci Dünya savaşından sonra ideoloji baxımdan və hərbi mövqe baxımından(yəni Türkiyənin 1955-ci ildən NATO üzvü olması) əks qütbdə dayanan Sovetlər Birliyi ermənilərin bu istiqamətdə olan “fəaliyyətlərinə” bütün imkanları yaratmışdır. Soyuq müharibə dövründə Sovet İttifaqında Türkiyə əleyhinə olan və əsassız faktlarla, böhtanlara dolu olan yüzlərlə kitablar tapmaq mümkündür.Və bu kitablarda “erməni əli” izlərinə çox rast gəlmək olar- müəllif erməni olmasa da arxa əl mütləq ermənidr. Rusiya Dövlət arxivlərində olan və ermənilərin həqiqətən soyqırıma məruz qalmadığını təsdiqləyən sənədlərdən isə istifadə mümkünsüz vəziyyətə gətirlmişdi.Çünki bu sahəyə də erməni nəzarəti vardı.

Qeyd edim ki, on il əvvəl Rusiyanın dövlət arxivlərində çalışarkən burada qondarma erməni soyqırımını təkzib edən çoxlu sayda sənədlərin olduğu faktı ilə rastlaşdım. Hətta o faktları da əldə etdim ki, ermənilər 1915-ci ildə Birinci Dünya savaşında Çar Rusiyası ordusunun tərkibində döyüşərək savaş zamanı ölən minlərlə ermənini soyqırım qurbanı kimi dünya ictimaiyyətinə təqdim ediblər.
 
Şuşa Bəyannaməsində Türkiyənin bu hadisələrlə bağlı arxivlərini açdığını, ”Ermənistanda və digər ölkələrdəki arxivlərin açılması və araşdırmaların aparılması” xüsusi olaraq vurğulanır.
 
Düşünürəm ki, burada ən çox sənədlərin olduğu və  saxlandığı ölkə Rusiyadır. Türkiyənin,Azərbaycanın, Rusiyanın eləcə də Ermənistanın araşdırmaçılarının iştirakı ilə (hətta buraya dünyanın aparıcı mütəxəssislərini də daxil etmək olar) bir qrup yaradıb çalışmalar aparmaq mümkündür. Və mütləq bu araşdırmaların sərhədlərinə ermənilərin 1918-ci ildə Azərbaycanda – Bakıda, Qubada, Şamaxıda və digər bölgələrdə törətdiyi qətliamları da daxil etmək mümkündür.Eyni zamanda İranda-Güneydə yaşayan minlərlə soydaşlarımız da erməni qətliamının o dövrdə qurbanları olmuşdu.Bu hadisələri nə üçün 1915-ci il hadisələri ilə əlaqələndirirk? Çünki erməni silahlılarının əksəriyyəti Birinci Dünya Savaşında Rusiya –Türkiyə cəbhəsindən qaçıb Qafqaza gəlmiş və burada yaşayan türk-müsəlman toplumundan “qisas alırıq” çağırışı ilə dinc insanları qətlə yetirirdilər.Bu sənədlər və faktlar isə arxivlərdə yetərincədir.
скачать dle 12.1