Bia.Az

“Şuşa göz yaşlarına inanmır”

Siyasət
 18-05-2021, 10:17     356

Müsavat Partiyasının başqanı Arif Hacılı mayın 12-13-ü Şuşada keçirilmiş “Xarıbülbül” festivalı ilə bağlı şərh yayıb. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, Şuşadakı “Xarıbülbül” festivalı həm də şəhərin işğaldan azad edilməsinə həsr olunmuş bayram tədbiri idi: “Uzun fasilədən sonra bir çoxu elə bu şəhərdə yaranmış musiqi şedevrlərinin, xalq musiqilərinin yenidən Cıdır düzündə səslənməsindən gözəl nə ola bilər?

İşğaldan qurtulandan sonra faktiki bağlı şəhər elan edilmiş Şuşaya yüzlərlə vətəndaşımızın burxılmasını da, seçmə üsulu bu qədər ədalətsiz və eybəcər olmasa, müsbət hadisə kimi dəyərləndirmək olardı.

Festival günlərində Şuşa torpağı özləri Birinci Qarabağ müharibəsində iştirakdan, milli ordumuzda hərbi xidmətdən yayınıb, ikinci Qarabağ savaşından da övladlarını yayındıranların, Qarabağ qazilərini siyasi mövqelərinə görə işdən qovanların, bədnam “xalq diplomatiyası” layihələrində iştirak edib Şuşanı da, bütün Qarabağı da unutdurmağa çalışanların dedikləri kimi sevinc göz yaşları ilə suvarıldı.

İstər 1992-cı ildə, istərsə də 2020-ci ildə Şuşa uğrunda döyüşlərdə bu torpaqları qanı ilə suvaran qazilərimiz, ərazilərimizin işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizin yaxınları orada deyildi.

Onlar hakim ailənin “seçilmişlər” siyahısında yoxdur.

Haqqında fəxrlə haqqında danışdığımız, əlində yüngül silahlarla Şuşanı azad etmiş əsgər və zabitlərimiz, qazilətimiz, şəhid anaları harada idi?
Hər kəs bilir ki, Qarabağın digər əraziləri də, Şuşa da xalqımızın vəsaitləri hesabına yaradılmış hərbi arsenalın, övladlarını vətən uğrunda savaşa göndərən anaların məğrurluğu, vətən üçün canlarından keçən şəhidlərimizin qanı, buna hazır olan qazilərimizin, əsgər və zabitlərimizin şücaəti hesabına azad edilib.

Hər kəs öz daxilində həqiqəti bilir. Bütün Azərbaycan kimi Şuşanın daşı da, torpağı da bu illər ərzində baş verənlərə şahiddir. Şuşa göz yaşlarına inanmır”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə olunmuş atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.

Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.

2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.скачать dle 12.1