Bia.Az

Gömrük Komitəsi dezinfeksiya şirkətlərinə də PROBLEM YARADIR - Heç olmasa, belə günlərdə GÜZƏŞT TƏTBİQ OLUNSUN...

Siyasət
 13-03-2020, 12:18     344

Gömrük Komitəsi dezinfeksiya şirkətlərinə də PROBLEM YARADIR - Heç olmasa, belə günlərdə GÜZƏŞT TƏTBİQ OLUNSUN...“Özəl şirkətlər dezinfeksiyaya görə xidmət haqqı üçün 100 manatdan başlayan qiymətlər təklif edir”.

Bunu bia.az-a açıqlamasında Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” tərəfindən gigiyenik sertifikat alan “GİB” MMC-nin rəhbəri Bəxtiyar Seyidov koronavirusa görə dezinfeksiyaya artan tələbat barədə danışarkən bildirib.

Sahə böyüdükcə qiymət enir

B.Seyidov qeyd edib ki, dezinfeksiya işlərinin qiyməti sahəyə görə dəyişir:

“Ərazinin kvadratı artdıqca, qiymət ucuzlaşır. Məsələn, 1000 kvadratmetrlik ərazi olanda qiymət avtomatik olaraq 40 qəpiyə düşür. 5 min kvadratmetr olanda 15-20 qəpiyə düşür. Minimum qiymətlər 100 manatdan başlayır. Amma heç kim sizdən 15 manat alıb 100 kvadratmetri dərmanlamayacaq. Çünki nəqliyyat vasitəsini işə salıb ünvana getmək özü 20 manat xərc tələb edir.

Hazırda dövlət müəssisələrində çox yüksək səviyyədə dezinfeksiya işləri aparılır. Mən bu işin içindəyəm deyə, hər şeydən məlumatlıyam. Dövlət tərəfindən görülən işləri danılmaz faktdır.

Amma bu sahədə özəllə dövlət qurumlarını müqayisə edəndə diqqətli olmaq lazımdır. Televiziyda açıqlama verirlər ki, “dövlət tərəfindən 1 kvadratmetrlik hissədə aparılan dezinfeksiya işləri 10-12 qəpikdir, özəl şirkətlərdə 70 qəpik-1 manatdır, bahalıqdır”.

Amma soruşan yoxdur ki, dövlətlə özəl qurumları nın xidmət haqqında niyə bu qədər fərq var?!

Baxmayaraq ki, dezinfeksiya işləri dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bu işi icra edən bəzi işbazlar fürsətdən istifadə edirlər.

Belə işbazlar hər sahədə var. Deməli, 20 litr dərman işlədəndə, onu 80 litr kimi rəsmiləşdirir, qalan dərmanı da daha ucuz qiymətə təklif edirlər.

Qazanmaq üçün 10 qəpiyə də satacaqlar, 20 qəpiyə də satacaqlar. Amma özəl şirkət kimi ölkəyə gətirdiyimiz dərmanı gömrükdə yüksək məbləğə qeydiyyatdan keçirirəm (“rastamoşka”).

Mənim əməkdaşlarım var, maşınla, texnika ilə təmin olunurlar. Bunların hamısına maliyyə sərf edilir. “Yəni qiymətlər bahadır” demək doğru deyil”.

Dezinfeksiya dərmanları zəhərsizdir

Mütəxəssis qeyd edib ki, dezinfeksiya üçün “biocon-a” dərmanından istifadə edilir:

“Dezinfeksiya işlərinin müddəti sahədən asılı olaraq dəyişir. 100 kvadratmetrlik ərazinin dezinfeksiya işləri 10-15 dəqiqə çəkir. Daha böyük sahənin dezinfeksiyası daha çox çəkir.

Ümumiyyətlə, dezinfeksiya zamanı istifadə edilən dərmanlar toksitsizdir. Buna görə də dezinfeksiya işlərindən dərhal sonra insanlar həmin ünvanda normal yaşayışına davam edə bilər. Bütün istifadə edilən dərmanlar toksitsizdir, yəni zəhərli deyil. Ümumilikdə dezinfeksiya işləri ən azı 1 həftə aralıqla edilməlidir”.

Ən çox dezinfeksiya etdirənlər...

B.Seyidov bildirib ki, bu gün dezinfeksiya etdirmək üçün müraciət yeni tikililərdəndədir:

“MTK-lar binanın girişini, mərtəbələrarası hissələri, hətta mənzillərin içərisini də dezinfeksiya etdirirlər. Yeni tikililərdə lift, düymələri, qapların dəstəkləri və s. dezinfeksiya olunur.

Bununla yanaşı, bazarlardan,restoranlardan da müraciətlər var. Hətta adamlar var ki, paltarlarını da dezinfeksiya etdirirlər. Biz mikroskopla baxa bilmirik ki, harada mikrob var, yoxdur. Ümumilikdə müraciətlərin çoxluğundan mənzillərə vaxt ayıra bilmirik. Çünki bizim şirkət olaraq müqavilə əsasında çalışdığımız obyektlər var, hansı ki, onların dezinfeksiyasını güclə çatdırırıq. İş həddindən çoxdur”.скачать dle 12.1