Bia.Az

Prezident İlham Əliyevlə Sergey Lavrov arasında görüşün bəzi detalları məlum olub

Siyasət
 11-05-2021, 09:02     272

Prezident İlham Əliyevlə Sergey Lavrov arasında görüşün bəzi detalları məlum olub.

Belə ki, İlham Əliyev bildirib ki, hərbi əməliyyatların sonunda bütün hərbi əsirləri qaytarmışıq. Müharibədən sonra 6 ay ərzində biz  və sülhməramlılar tərəfindən tapılan 1600 cəsəd erməni tərəfə qaytarılıb. Lakin indiyəcən Ermənistan hökuməti 1-ci Qarabağ müharibəsində öldürülmüş 4 minə yaxın azərbaycanlının cəsədini təhvil, yaxud yeri haqqında məlumat verməyib.

Sergey Lavrov Qarabağda quruculuq işləri görmək üçün  hazır olduqlarını qeyd edib. Daha sonra o, sərhəd məsələsinə toxunub. O, delimitasiya, demarkasiya işlərinin vacib olduğunu vurğulayıb. Lavrov daha sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olduqlarını və bu prosesə səmimi yanaşdıqlarını bildirib. 
  
Görüşdən yeni detallar açıqlandıqca məlumat verəcəyik./konkret.az/скачать dle 12.1