Bia.Az

26 DÖVLƏT RUSİYAYA GÜC NÜMAYİŞİNƏ BAŞLAYIR - Aralarında Türkiyə də var

Siyasət
 4-05-2021, 11:22     60

NATO son 25 ilin ən böyük hərbi təlimi üçün hazırlıqları tamamlayır.

"AzPolitika.info" xəbər verir ki, 26 ölkənin iştirakı ilə keçiriləcək “Defender Europe-21” təlimləri 27 may-2 iyun tarixlərində Balkanlarda baş tutacaq.

Təlimlərə qatılacaq NATO ölkələri təchizat və texnikasının əraziyə gətirilməsinə mart ayından başlayıb.
Təlimlərdə iştirak edəcək ABŞ qırıcıları artıq Yunanıstan-Türkiyə sərhədinə eniş ediblər.
ABŞ Dəniz Qüvvələrinin bir hərbi gəmisi təlimlərin 5 paylama mərkəzindən biri olan Albaniyanın Dirac limanına çatıb. Böyük Britaniyanın hərbi gəmisi də yaxın günlərdə limana çatacaq.
Türkiyənin də iştirak etdiyi hərbi təlimlərə 21 NATO ölkəsi ilə yanaşı 5 müstəqil ölkə də qatılır. Təlimlərdə 28 min əsgər iştirak edəcək və proses 12 ölkəni əhatə edəcək.
Gürcüstan, Ukrayna, Kosova, Moldova və Bosniya-Hersoqovina NATO üzvü olmasalar da, təlimlərdə iştirak edəcəklər.
Beynəlxalq analitiklər ABŞ liderliyindəki bu təlimləri Rusiyaya qarşı gövdə nümayişi kimi qiymətləndirirlər.


скачать dle 12.1