Bia.Az

Ağsu rayonu ərazisində tibbi-profilaktik tədbirlər davam etdirilir - VİDEO

Siyasət / Sosial
 23-04-2021, 21:49     265

Agsuda koronavirus (COVID-19) pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Ağsu Rayon İcra Hakimiyyətinin, rayon Mərkəzi Xəstəxanasının və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə növbəti dəfə rayon mərkəzində əhalinin daha sıx toplaşdığı yerlərdə, ictimai iaşə, ticarət obyektləri və xidmət sahələrində sakinlərlə profilaktik söhbətlər aparıb. Baxış keçirilən obyektlərin sahibkarları və əməkdaşlarına fəaliyyətlərinin Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə uyğun qaydada  davam etdirilməsinə dair müvafiq tövsiyələrini verib.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərində yaxından iştirak edən YAP Ağsu rayon təşkilatının könüllüləri “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyası çərçivəsində rayon ərazisində yaşayan bir qrup tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkib, onlara infeksiyadan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırıblar.

Görülmüş bu tədbirlərlə yanaşı aidiyyəti qurumlar tərəfindən rayon əhalisi arasında özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək barədə maarifləndirmə işləri aparılır.

BİA.AZ-ın əməkdaşları rayon Mərkəzi Xəstəxanasında da olmuş hazırda bu sahədə görülən içlər barədə video-süjet hazırlamışlar. Həmin süjeti sizə təqdim edirik.


скачать dle 12.1