Bia.Az

“Ermənistan Azərbaycan ərazisində şirkət açır”

Siyasət
 26-04-2021, 13:58     1 849

“Ermənistan Azərbaycan ərazisində şirkət açır”.


Bunu Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bu Azərbaycanın ərazi bütövlüyünün tanınmamasıdır.

Məhəmməd Əsədullazadə 

Məhəmməd Əsədullazadə“Ermənistanın Baş naziri Nikol Paşinyan və rəsmiləri qeyd edir ki, Zəngəzur dəhlizi 10 noyabr bəyannaməsində qeyd edilməyib. Bu fikri daxili auditoriyanı manipulyasiya etmək üçün qeyd edir. Ötən gün Zəngəzura səfərində bu fikri növbəti dəfə ifadə etdi. Buna baxmayaraq Zəngəzur dəhlizi açılacaq. Paşinyan 10 noyabr bəyannaməsini önə çəkirsə, həmin Baynanamədə Qarabağın statusu haqqında heç bir bənd yoxdur və silahlı erməni birləşmələrinin çıxarılması öhdəliyi var. Göründüyü kimi Ermənistan özünə sərf edən məqamı qeyd etməyə çalışır. Amma, konkret bəndlərdən yan keçir. 10 noyabr bəyannaməsində Qarabağın statusu qeyd edilmir. Buna baxmayaraq orada "status" saxlayırlar və Ermənistan Azərbaycan ərazisində şirkət açır. Rəsmi Bakı bu məsələyə sərt reaksiya verməli və Yerevanın bu kimi təcavüz aktlarını qarşısını almalıdır. Azərbaycan ərazisində Ermənistanın şirkət açması Azərbaycanın ərazi bütövlüyünü tanınmaması və növbəti böhrana aparmaqdır”.
Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Ermənistanın “Shtigen” günəş enerjisi şirkəti Xankəndidə filialını açıb. Şirkətin sahibi, Ayk Şekyan açıqlaması zamanı bildirib ki, filialın açılmasında əsas məqsəd özəl və dövlət sektorunun geniş iştirakı ilə bu bölgənin enerji təhlükəsizliyini və müstəqilliyini təmin etmək üçün geniş proqramların həyata keçirilməsidir.скачать dle 12.1