Bia.Az

ŞİRƏLİYEVİ ƏVƏZ EDƏCƏK TEYMUR MUSAYEV KİMDİR? - Yeni birinci müavinin DOSYESİ

Siyasət
 23-04-2021, 21:00     1 069

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib və dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb.

"Report" xəbər verir ki, T.Musayev 1987-94-cü illərdə ATU-da tibb təhsili alıb. O, 2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

2007-2015-ci illərdə N.Tusi adına Klinikada direktor, 2015-2018-ci illərdə Dobromed Baku Hospitalda direktor, 2016-2019-cu illərdə Qəbələdə yerləşən Chenot Palace Health Wellness Hotelində tibbi direktor, 2019-2020-ci illərdə İtaliyada, Medwellness& SPA mərkəzində baş beynəlxalq məsləhətçi, 2020-ci ildən isə Səhiyyə Nazirliyində Səhiyyənin Təşkili Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edib.скачать dle 12.1