Bia.Az

"Sizi Moskvada gözləyirik" - Putindən dialoqa çağırış

Siyasət
 23-04-2021, 01:57     536

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə istənilən vaxt Moskvada görüşüb, ikitərəfli münasibətləri müzakirə etməyə hazır olduğunu bildirib.

«Əgər söhbət ikitərəfli münasibətlərdən gedirsə, o zaman buyurun. Biz, Ukrayna prezidentini Moskvada onun üçün uyğun vaxtda qəbul edərik» - aprelin 22-də Rusiya-Belarus yuksək səviyyəli danışıqlarının gedişində çıxış edərkən Rusiya dövlətinin başçısı qeyd edib.
Xatırladırıq ki, bugünlərdə Ukrayna prezidenti Zelenski bəyan edib ki, özünün rusiyalı həmkarı ilə Donbass münaqişə zonasında görüşməyə hazırdır.

Bu zaman Rusiya prezidenti qeyd edib ki, Ukraynanın fəaliyyətdə olan rəhbərliyi son vaxtlar Rusiya-Ukrayna münasibətlərinin həll olunması yolunda xeyli addımlar atıb.

«Bizim münasibətlərimizin həlli üçün lap çox addımlar atılıb, bu barədə şübhəsiz, yalnız təəssüf etmək olar. Bu, birbaşa ikitərəfli münasibətlərdəki bir sıra problemlərə aiddir. Bu, Rusiya pravoslav kilsəsinə birbaşa münasibətə, onun həllinə aiddir. Bu, rus dilinə və Ukraynanın rusdilli vətəndaşlarına və Ukraynada yaşayan Rusiya vətəndaşlarına aiddir. Əgər prezident Zelenski bu münasibətləri bərpa etmək istəyirsə, biz, bunu yalnız alqışlayarıq» - Putin qeyd edib.

Bu zaman Rusiya prezidentinin qeyd etdiyi kimi, əgər Ukrayna prezidenti Donbasda sülh prosesini müzakirə etmək istəyirsə, o zaman o, hər şeydən əvvəl, "DXR" və "LXR" liderləri ilə görüşməlidir.

«Əgər söhbət Donbass probleminin müzakirəsindən gedirsə, o zaman ilk növbədə Ukrayna rəhbərliyi DXR və LXR rəhbərləri ilə görüşməli, sonra isə bu problemi üçüncü tərəfin nümayəndələri, indiki halda Rusiya nümayəndələri ilə müzakirə etməlidir» - Rusiya prezidenti bəyan edib.скачать dle 12.1