Bia.Az

Partiyaların maliyyə hesabatı, qıraqda qalanlar

Siyasət
 12-04-2021, 14:45     92

Azərbaycan qanunvericiliyi siyasi partiyaların hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı təqdim etməsini nəzərdə tutur.

Ədliyyə Nazirliyində 62 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onların 6-sı – Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası 2021-ci il martın 5-də prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına birləşib.

Novator.az bildirir ki, aprelin 12-nə Mərkəzi Seçki Komissiyasının saytında 43 siyasi partiyanın 2020-ci il üzrə maliyyə hesabatı yerləşdirilib.
Hesabatı olmayan partiyalar bunlardır: Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Milli Konqres Partiyası, Azadlıq Partiyası, Respublikaçı Alternativ Partiyası, Gələcək Azərbaycan Partiyası.скачать dle 12.1