Bia.Az

ƏRDOĞAN RUSİYA-UKRAYNA MÜHARİBƏSİNİN NİYƏ ƏLEYHİNƏDİR? – Politoloq səbəbləri açıqladı

Siyasət
 12-04-2021, 14:34     88

Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bir daha vurğulayıb.

Liderlərin görüşünü şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, Ərdoğan mətubat konfransında Ukraynanın şərqindəki gərginliklə bağlı bir neçə önəmli fikir söyləylb:

“Birincisi, Ərdoğan dedi ki, Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır: “Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”.
İkincisi, Türkiyə Prezidenti dedi ki, Qara dəniz sülh dənizi olaraq qalmalıdır: “Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik”.
Üçüncüsü, Ərdoğan Rusiya ilə Ukrayna arasında yaranan münaqişənin Minsk anlaşmaları əsasında dialoq yolu ilə həll olacağına ümid etdiyini vurğulad: “Son zamanlar regionda gərginliyin artması arzuolunan deyil. Mövcud böhranın Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq hüququn tələbləri çərçivəsində sülh şəraitində və diplomatik yollarla həll olunmasının vacibliyinə inanırıq””.
Şahinoğlu qeyd edir ki, Türkiyə Prezidenti Ukrayna-Rusiya müharibəsinin qəti əleyhinədir. Çünki mümkün müharibə Türkiyəyə xarici və təhlükəsizlik siyasətində problemlər yarada bilər.

“Digər tərəfdən Türkiyə Ukraynanın şərqindəki gərginliyin Qara dəniz hövzəsinə inikasının da qəti əleyhinədir. Çünki Ukrayna ilə Rusiya arasında müharibə başlasa bu yalnız Donbasdakı ərazi ilə məhdudlaşmayacaq, hər iki ölkənin Qara dənizə çıxışı var, qarşıdurma dənizdə də davam edəcək. Bu isə Türkiyənin maraqlarına ziddir”,-deyə politoloq vurğulayıb.
E. Şahinoğlu, bu arada, Ukrayna ilə Azərbaycanın Türkiyə üçün fərqinə də diqqət çəkib: “Türkiyə Azərbaycanın işğal altındakı torpaqların müharibə yolu ilə azad edilməsi üçün ölkəmizə hərtərəfli dəstək verdi və Ankara bunu doğru strategiya kimi əsaslandırdı. Ankara Ukrayna nümunəsində isə ərazi məsələsinin yalnız danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Halbu ki, Ankarada da anlayırlar ki, Donbass məsələsini danışıqlar yolu ilə həll etmək çətinləşib, Krımdan isə danışmağa dəyməz”.скачать dle 12.1