Bia.Az

İRAQ ERMƏNİSTANLA "QUCAQLAŞDI" - Müdafiə naziri İrəvanda nə axtarır?

Siyasət
 26-03-2021, 15:46     292

Ermənistan və İraqın hərb idarələri martın 25-də müdafiə sferasında əməkdaşlıq niyyətləri barədə saziş imzalayıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

İraqın müdafiə naziri Cuma İnad Saadun əl-Cəburi martın 24-də rəsmi səfərlə İrəvana gəlib. Bundan əvvəl, cümə axşamı o, erməni həmkarı Vaqarşaq Arutyunyanla danışıq aparıb. Tərərəflər Ermənistan və İraq arasında hərbi əməkdaşlığın perspektivlərini, təcrübə mübadiləsi imkanlarını və maraq doğuran digər məsələləri müzakirə ediblər. Həm də Cənubi Qafqazda və Yaxın Şərq bölgəsində təhlükəsizlik problemləri müzakirə olunub. Arutyunyan ötən payız Qarabağ bölgəsində getmiş döyüş əməliyyatlarından sonra yaranmış situasiyanı və atəşin dayandırılmasından sonra üçtərəfli sazişə əməl olunmasının gedişi barədə vəziyyəti əl-Cəburinin nəzərinə çatdırıb. Görüşün nəticələrinə əsasən, nazirlər müdafiə sahəsində əməkdaşlıq niyyətləri barədə saziş imzalayıblar.

«Sənəd 13 sahə üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur» - Ermənistan Müdafiə Nazirliyinin xəbərində deyilir, amma təfərrüata varılmr.

Daha «maraqlısı» isə bundan sonra baş verib. Belə ki, müdafiə nazirinin başçılıq etdiyi İraq nümayəndə heyəti «Sisernakaberd» memorial kompleksini («erməni genosidi» qurbanları abidəsi) «ziyarət edib».

Xatırladaq ki, ötən payız Azərbayanın apardığı Vətən müharibəsi (44 günlük) ərəfəsində və müharibənin kedişində bəzi islam ölkələri (İran, İordaniya) düşmən Ermənistana silah göndərməklə məşğul olmuşdu - bu, islam qardaşlığından kənar çox iyrənc xəyanət idi. İndi isə həmin xəyanət «serialı»nı İraq ərəbləri davam etdirir.

Mirzə AĞскачать dle 12.1