Bia.Az

ABŞ-da Dövlət Katibinin ALİ MÜKAFATI, Azərbaycanda isə ƏN AGIR CƏZA - Vəkilliyə xitam verilən gənc hüquq müdaficisinin HƏYAT TARİXCƏSİ

Siyasət
 7-03-2021, 17:33     383

Bakı İnzibati Məhkəməsi hüquqşünas Şəhla Hümbətovanın vəkilliyinə xitam verib. “Turan”ın məlumatına görə, qərar martın 5-i Vəkillər Kollegiyasının müraciəti əsasında qəbul olunub.

Şəhla Hümbətova siyasi məhbusların əsas vəkillərindən biri kimi tanınıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti 2019-cu il noyabrın 27-də Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması, onun vəkilliyinə xitam verilməsi üçün məhkəməyə müraciət qərarı qəbul edib.

İddiaya görə, Şəhla Hümbətova kollegiyaya üzvlük haqqını gecikdirib. Vəkil iddianı əsassız hesab edir: “Mənə borcumun olduğu barədə heç zaman xəbərdarlıq edilməyib və bu məsələyə intizam icraatı çərçivəsində baxılmayıb, izahatım da alınmayıb. Bilən kimi, elə həmin gün borcumu ödəmişəm. Buna baxmayaraq məni məhkəməyə veriblər. Üzvlük haqqını ödədikdən sonra məhkəməyə müraciət etmələri göstərir ki, kollegiyanın dərdi heç də üzvlük haqqı deyil. Məqsəd məni hansısa bir bəhanə ilə üzvlükdən xaric etməkdir”.

Şəhla Hümbətova vəkilliyinə xitam verilməsini siyasi motivlərlə tutulan şəxsləri müdafiə etməsi ilə bağlayır: “Siyasi hüquqlar sahəsində çalışan vəkillərin aqibəti budur. Mən birinci deyiləm. Məndən əvvəl də vəkilliyinə xitam verilənlər var, məndən sonra da olacaq”.

Cəza xəbəri var, bəs qərar?
Cəza qərarı dəyişməyəcək?
Kollegiya Şəhla Hümbətovadan prokurorluğa şikayət edib
Şəhla Hümbətova ifadə vermir
Şəhla Hümbətova ABŞ dövlət katibinin mükafatına layiq görüldü
Azərbaycanda cəza, ABŞ-da mükafat

BİA.AZ
скачать dle 12.1