Bia.Az

Müsavatın təklifləri

Siyasət
 4-03-2021, 23:17     43

Müsavat Partiyası işğaldan azad edilmiş ərazilərin bərpası, köçkünlərin öz yurdlarına qaytarılması təklifləri verib. Novator.az-ın məlumatına görə, partiya qeyd edir ki, işğaldan qurtulmuş ərazilərin əsl sahiblərinin ata-baba yurduna ən qısa müddətdə dönməsinin təşkili dövlətin qarşısında duran önəmli vəzifədir: “Bu proses əhalinin istək və arzuları nəzərə alınmaqla, infrastrukturun yaradılması, təhlükəsizliyin tam təmin edilməsi şərti ilə sürətli həyata keçirilməlidir.

Müsavat paralel olaraq bu tədbirləri məqsədəuyğun sayır:

işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi;
ərazilərdə yol, işıq, su, qaz kommunikasiyaları və digər kommunikasiyaların qurulması;
Dövlət Statistika Komitəsinin (DSK) və yerli icra hakimiyyəti strukturlarının siyahıları əsasında əhaliyə məxsus olmuş həyətyanı torpaq sahələri, daşınmaz əmlak və digər mülkiyyət, həmçinin ərazilər üzrə dövlət tikililəri, işğaldan əvvəl mövcud olmuş kolxoz və sovxozlar, örüşlər, yaylaqlar, meşələr, su hövzələri və başqa ərazilər barədə məlumatların dəqiqləşdirilməsi;
DSK və ərazi icra qurumlarının siyahıları əsasında əhalinin sayı, eləcə də onların törəmələrinin sayı barədə məlumatların dəqiqləşdirilməsi, bu siyahılar əsasında torpaqların sahiblərinə qaytarılması, daşınmaz əmlakın bərpa edilməsi və ya onun dəyərinin ödənməsi;
dövlət torpaq fondundan yerli əhalinin törəmələrinə həyətyanı torpaq sahəsinin ayrılması, daşınmaz əmlakın tikilməsi üçün dövlət yardımının təmin edilməsi;
struktur vahidlərində qalan torpaq
sahələrindən dövlət və ya bələdiyyə ehtiyat fondları ayrılıqdan sonra qalan sahələrin əhalinin sayına bölünməklə hər nəfərə düşən pay torpağın müəyyənləşdirilib əhaliyə vetilməsi;
kəndlərin birləşdirilməsində yerli əhalinin rəyinin, sakinlərin təhsil, səhiyyə, sosial və təhlükəsizlik təminatının nəzərə alınması.
Partiya hesab edir ki, sərhəd bölgələrində yaşayış məntəqələrinin qurulması zamanı yerli əhalinin təhlükəsizliyi ilə yanaşı ölkənin təhlükəsizliyi nəzərə alınmalı; ərazilərin bərpası və məskunlaşması doğma torpağından uzun müddət kənarda yaşamaq məcburiyyətində qalmış yerli əhalinin rəy və təklifləri nəzərə alınmaqla həyata keçirilməlidir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.
Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər olub.
2014-cü ildən partiyaya Arif Hacılı başqanlıq edir.скачать dle 12.1