Bia.Az

TƏCİLİ!!! TÜRKİYƏ HƏRBİ SƏNAYESİNİN DAHA BİR SİLAHI - "Sungur" dünyanı heyrətə gətirdi- FOTO/VIDEO

Siyasət
 28-02-2021, 20:58     357

Türkiyənin milli hərbi sənayesi daha bir yeni silah sistemini təqdim edib. Bu "Sungur" yaxın mənzilli zenit-raket kompleksidir.

 “Ejder Yalçın” zirehli avtomobilinin üzərində quraşdırılan raket kompleksinin sınaqlarının tamamlandığı haqda Müdafiə Sənayesi Agentliyinin başqanı İsmayıl Demir özünün sosial şəbəkə hesabından elan edib. Və kompleksin videogörüntülərini paylaşıb.
Kompleks portativ özəllikləri sayəsində quru, hava və dəniz platformalarına inteqrasiya edilə biləcək.

“Sevindirici hadisənin xəbərini aldıq, birazdan sizlərlə də paylaşacağam, gözləyin”,-İsmayıl Demir yazıb. Və daha sonra kompleksin sınaqlarına dair görüntüləri yayıb. 

Videogörüntülərə əsasən "Sungur" yaxın mənzilli hava hədəfini yüksək dəqiqliklə vurur. Kompleksi Türkiyənin və dünyanın aparıcı hərbi sənaye şirkətlərindən olan ROKETSAN hazırlayıb.

Virtualaz.org xəbər verir ki, bu komplekslər Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan və ABŞ istehsalı olan “Stinger” zenit-raket komplekslərini əvəz edəcək. Və Türkiyənin eşalonlaşdırılmış havadan müdafiə sisteminin ilk eşalonunda yer alacaq.
Kompleks qanadlı raketlərə, pilotsuz uçan aparatlara, alçaqdan uçan təyyarələrə və vertolyotlara qarşı yüksək effektivlik nümayiş etdirir. Və quru qoşunlarını həm hücumda, həm müdafiədə belə hava hədəflərinə qarşı qoruyur. Tezliklə "Sungur" komplekslərinin silahlanmaya daxl olacağı gözlənilir. Komplekslər ROKETSAN-ın PORSAV “yer-hava” raketləri ilə təchiz edilib. Bu raketlər 4 kilometrə qədər yüksəklikdə, 8 kilometrə qədər uzaqlıqda olan hədəfləri vura bilir.
Qeyd edək ki, "Sungur" yaxın mənzilli zenit-rakeet komplekslərinə gələcəkdə Azərbaycan da maraq göstərə bilər. 
Çünki bu komplekslər Azərbaycan ordusunun silahlanmasında yer alan “OSA” yaxın mənzilli zenit-raket komplekslərini (modernizə edilmiş variant) gələcəkdə əvəz etmək üçün ideal vasitədir.

скачать dle 12.1