Bia.Az

Ərdoğan Xocalı soyqırımından danışdı - “İllər keçsə də ağrısını unutmayacayıq"

Siyasət
 26-02-2021, 17:14     403

“Tək millət iki dövlətik… Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”. 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı bəyanatında deyib
O, Xocalıda vəhşicəsinə qətlə yetirilənləri rəhmətlə andığını vurğulayıb.

“İllər keçsə də ağrısını unutmayacağımız, kədərini təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı ayırd edilmədən qəddarcasına qətlə yetirilən 613 Azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - deyə Türkiyənin dövlət başçısı vurğulayıb.скачать dle 12.1