Bia.Az

Gürcüstan: yeni hökumət rəsmiləşdi

Siyasət
 23-02-2021, 10:57     390

Fevralın 22-də Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiqləyib. Səsverməyə qatılan 91 deputatın yalnız 2-si yeni hökumətə etimadın əleyhinə çıxıb.

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurduğu hökumətə İrakli Qaribaşvili baş nazirlik edir.
1982-ci il təvəllüdlü İrakli Qaribaşvili Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurucularındandır. 2012-2013-cü illərdə daxili işlər naziri, 2013-2015-ci illərdə baş nazir olub, 2019-cu ildən müdafiə naziri postunu tutub.
Novator.az bildirir ki, yeni hökumətdə bu şəxslər yer alır:
David Zalkaliani – xarici işlər naziri
Cuanşer Burçuladze – müdafiə naziri
Qoça Lortkipanidze – ədliyyə naziri
Vaxtanq Qomelauri – daxili işlər naziri
İvane Maçavariani – maliyyə naziri
Natiya Turnava – iqtisadiyyat və davamlı inkişaf naziri
Levan Davitaşvili – ətraf mühit və kənd təsərrüfatı naziri
İrakli Karseladze – regional inkişaf və infrastruktur naziri
Mixail Çxenkeli – təhsil, elm, mədəniyyət və idman naziri
Yekaterina Tikaradze – məcburi köçkünlərlə iş, əmək, səhiyyə və sosial müdafiə naziri
Teya Axvlediani – barışıq məsələləri və vətəndaş bərabərliyi üzrə dövlət naziri.
Əvvəlki baş nazir Georgi Qaxariya fevralın 18-də istefa verib.
2012-ci ildə yaradılmış Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası həmin il və 2016-cı ildə keçirilmiş parlament seçkilərində çoxluq əldə edərək hökumət qurub.
Partiya 2020-ci ildə iki turda – oktyabrın 31-i və noyabrın 21-də keçirilmiş parlament seçkisini udub, 150 yerlik qanunverici orqanda 90 mandata sahib çıxıb. Hökumət qurmaq üçün 76 mandat kifayətdir.скачать dle 12.1