Bia.Az

Erməni ordusunun 25%-nə cinayət işi qaldırıldı - mif necə dağıldı...

Siyasət
 13-02-2021, 11:31     295

44 günlük II Qarabağ savaşında darmadağın olan Ermənistan özünə gələ bilmir. Düşmən ölkədə 10 mindən çox hərbi qulluqçuya qarşı fərarilik maddəsi ilə cinayət işi qaldırılıb. Bu, işğalçı ordunun şəxsi heyətinin hardasa 25%-i deməkdir. Onların arasında yüksək çinli zabitlər də var. Erməni müstəntiqlər işlərə baxıb çatdıra bilmir, hakimlər isə şikayət edirlər.

Halbuki, erməni müxalifəti, Paşinyanı devirməyə çalışan radikallar iddia edirdilər ki, müharibəni uduzan erməni ordusu yox, Paşinyan iqtidarıdır. Bu cinayət işləri isə onu sübut edir ki, Azərbaycan hərbçisinin qarşısından qaçan erməni hərbçisidir...
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, Paşinyan iqtidarı da bu müharibədə qalibdir: “Nikol Paşinyan haqda artıq tam demək olar ki, Qarabağ savaşı onun, Qarabağ ermənilərinin və Ermənistan ordusunun tam məğlubiyyəti ilə başa çatdı. Hazırda proses ikinci fazaya keçib. İrəvana gedən tabutlardan çıxan meyitlər siyasi zəlzələ doğurmadı ki, bütün faciələrin səbəbi orduya bağlandı. İkinci yol, əhalini Razdan meydanına yığaraq üsyan qaldırmağa cəhd idi, alınmadı. Üçüncü məsələ, birləşmiş 17 müxalif partiyanın mitinqləri və Köçəryanın siyasətə qayıdış qərarı oldu, nəticə yoxdur. Dördüncüsü, Qarabağın ermənilər yaşayan hissəsini Balasanyan kimi keçmişi qaranlıq, terrorçuların dirilməsi idi ki, yenə də İrəvanda Nikol üçün ciddi təsir yarada bilmirlər.
 Əziz Əlibəyli: ile ilgili görsel sonucu
Əziz Əlibəyli: “Əslində fərarilərin sayı daha artıqdır”
Zəif, hazırlıqsız, başıpozuq, sərxoş, saxta ideyalarla silahlanmış erməni ordusunun başqa cür aqibəti ola da bilməzdi. O baxımdan, fərarilərlə bağlı qaldırılan məsələ əslində ordunun Nikolun tərəfdarlarının əlinə keçməsinə xidmət edir ki, burda da baş nazir haqlı və dəstəyi olan tərəf kimi görünür. Amma hesab edirəm ki, fərarilərin sayı daha artıqdır. Ən azından Ermənistanla yeni dövlət sərhədlərində qarşı tərəfdə ancaq rus əsgərləri görünür”.
Emin Həsənli: ile ilgili görsel sonucu
Emin Həsənli: “Bu davada haqlı tərəfin biz olduğunu hər kəs anlayırdı”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli: “Erməni ordusunda mənəvi-psixoloji hazırlıq çox zəif idi. Peşəkarlıqdan isə söhbət gedə bilməzdi. Döyüş ruhu isə ümumiyyətlə yox idi. Bunu 2016-cı ilin aprel hadisələrində də gördük. Azərbaycan Ordusu isə çox peşəkar və döyüş əzmi yüksək idi. Azərbaycanda hər kəs döyüşə toy-bayrama gedirmiş gedirdi. Valideynlər övladlarını bu formada döyüşlərə göndərirdi. Ermənistanda isə valideynlər övladlarının döyüşməməsi üçün aidiyyəti orqanların qarşısına yığılırdılar və övladlarının başqa bir ölkənin torpaqları uğrunda nə üçün ölməli olduqları barədə suallar ünvanlayırdılar. Azərbaycan Ordusunun peşəkar olduğunu yaxşı bilirdilər. Digər tərəfdən bu davada haqlı tərəfin biz olduğunu hər kəs anlayırdı. Bunu onlar da yaxşı bilirdi. Məğlubiyyəti ilk günlər aldıqları zərbələrdən anladılar və nəticədə fərarilik baş qaldırmağa başladı. Əsgərləri saxlaya bilmirdilər. Silahlarını qoyub qaçırdılar. Halbuki silah hərbçinin namusudur. Döyüş bayraqlarını atıb gedirdilər. Əsgərlərimiz isə yaralılarımızı, şəhidlərimizi götürüb qayalarla Şuşaya dırmaşırdı. Döyüş ruhu budur. 2016-cı ilin aprelindən dərs götürməli idilər, götürmədilər və sonluqda darmadağın oldular. Onlar heç bir halda ordumuz qarşısında tab gətirə bilməzdilər, necə ki, gətirə də bilmədilər. Paşinyan başda olmaqla onların hər biri fəraridir. Zaman onu sübut etdi ki, kim kimdir. Bu dünya hərb tarixində yeganə döyüş oldu ki, burada geri çəkilmə olmadı. Müharibə başlandığı gündən sona qədər ordumuz ancaq irəlilədi. Əlbəyaxa döyüşlər göstərdi ki, Azərbaycan Ordusu nə qədər torpaqlarını azad etməkdə istəklidir”.“Yeni Müsavat”

BİA.AZ
скачать dle 12.1