Bia.Az

"MƏNİ SİYASƏTƏ QATMASINLAR..." - Siyavuş Novruzovdan növbəti açıqlama (Yenilənib)

Siyasət
 11-02-2021, 13:12     49

Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətinin olmadığını və jurnalistlərin yanlış məlumat yaydığını bildirb.
Modern.az-a açıqlamasında S.Novruzov deyib ki, onun Daxili İşlər Nazirliyilə hər hansı problemi yoxdur: “Daxili İşlər Nazirliyi həm pandemiya dövründə, həm də Vətən Müharibəsi zamanı fədakarlıq göstərən güc strukturlarından biridir. Oradada çalışanların hamısını dost hesab edirəm. Onlar pandemiya dövründə demək olar ki, iki cəbhədə uğurlu fəaliyyət göstərdilər. Mənim Daxili İşlər Nazirliyini məhkəməyə verməklə bağlı bir fikrim yoxdur.
Xəbəri yayan KİV əməkdaşları mənə bunu sübut edə biləcək hər hansı sənəd göstərə bilərlərmi? Heç bir məhkəmədən söhbət gedə bilməz. Mən Milli Məclisdəki çıxışlarım zamanı da həm karantin, həm də Vətən müharibəsi dövründə Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirmişəm, öz minnətdarlığımı bildirmişəm".
Siyavuş Novruzov jurnalistləri onu rahat buraxmağa, belə qeyri-dəqiq məsələlərlə bağlı narahat etməməyə çağırıb. 
O, siyasi məsələlərdən artıq uzaq durduğunu da qeyd edib"Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar".
* * *
Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətindən daşınıb.
Bu barədə Unikal.org-a Siyavuş Novruzovun özü məlumat verib.
O bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının həm pandemiya dövründə, həm də Vətən Müharibəsi zamanı göstərdikləri fədakarlığa görə bu qərara gəlib.
* * *
Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə verir. Bu barədə Unikal.org-a S.Novruzovun özü məlumat verib.
O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsi tamamilə qanunsuzdur: “Görünən odur ki, aidiyyatı qurumların və səlahiyyətli şəxslərin qanundan xəbərləri yoxdur. Halbuki həmin qanunu biz qəbul etmişik. Orada açıq şəkildə qeyd olunur ki, bu qaydalar Milli Məclisin deputatına şamil olunmur. Yəni, hara istəyir gedə bilər. Ona görə də millət vəkili kimi həmin qanunun müvafiq madddəsi ilə deputat olaraq mənim barəmdə cərimələnmək qərarı vermək qanunsuzdur. Onu da qeyd edim ki, qanun Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından üstündür. Bu səbəbdən də mən Daxili İşlər Nazirliyini məhkəməyə verirəm”.
Deputat onu da bildirib ki, artıq iddia ərizəsi hazırdır və Nəsimi Rayon Məhkəməsinə müraciət edəcək:Bu məsələdə geri addım atmaq, güzəştə getmək olmaz. Avropa Məhkəməsinə qədər gedəcəyəm. Mən öz şəxsiyyətimi qoruyan adamam və heç kimə imkan vermərəm ki, mənimlə bu şəkildə davransın. Qanunsuzluq edənlərin hər biri elə qanunla cavablarını alacaqlar. Təzminat kimi 400 min manat tələb edirəm və həmin pulu şəhid ailələrinə bağışlayacağam”.
Xatırladaq ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi.


***
"Hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ var”.  Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deputat Siyavuş Novruzovun DİN-i məhkəməyə verməsinə münasibət bildirərkən deyib.
E.Zahidov əlavə şərh verməyərək, Siyavuş Novruzovun da bu ölkənin vətəndaşı olduğunu diqqətə çatdırıb: “Məhkəmətə vermək istəyir, buyursun versin”.скачать dle 12.1