Bia.Az

110 GÜNDƏN SONRA NƏŞİ TAPILAN ŞƏHİDİMİZİN SON SÖZLƏRİ - “Qarabağ məsələsi övladlarımıza qalmayacaq” + VİDEO

Siyasət
 9-02-2021, 21:53     252

Azərbaycan Ordusunun əsgəri olan Xuduş Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

 Xuduş Kazımov oktyabrın 2-də Murovdağ-Ağdərə istiqamətində şəhid olub.

Nəşi 110 gün sonra tapılıb və yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ailəli idi. 5 yaşlı qızı Fatma və 2 yaşlı oğlu Əbdülkərim yadigar qalıb.

Şəhidimizin həyat yoldaşı Əfsanə Kazımova Xuduşla sonuncu telefon zəngindən danışıb:

 “Mənlə vidalaşdı. Heç nə soruşmağımı istəmədi. Bir kəlmə dedi ki, Qarabağ məsələsini həll edəcəyik, övladlarımıza qalmayacaq”.

Ətraflı süjeti təqdim edirik:



скачать dle 12.1