Bia.Az

ERMƏNİLƏRİN ŞUŞA İDDİASINA PAŞİNYANDAN GÖZLƏNİLMƏZ CAVAB - "Əhalisinin 90% -dən çoxu..."

Siyasət
 21-01-2021, 13:43     65

Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşaya sahiblik üstündə mübahisə ediblər. Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası xəbər verib.

Belə ki, "bu gün baş verənləri təsvir etmək üçün söz tapmaq çətindir", -deyə, erməni müəllif Bagramyan özünün telegram səhifəsində yazır.

Sitat: "Günortadan sonra Xarici İşlər naziri Ara Ayvazyan bəyan edir: "Şuşi (Şuşa -red.) bir erməni mədəniyyət mərkəzidir. Kimin nə elan etməsindən asılı olmayaraq, Şuşinin türk mədəniyyət mərkəzi ola biləcəyi ilə razılaşmırıq".

Bir neçə saat sonra Baş nazir Paşinyan parlamentdə çıxış edərək deyir: "Əhalisinin 90%-dən çoxunun azərbaycanlı olduğu Şuşinin (Şuşa!) öz statusuna görə erməni olduğunumu söyləmək istəyirsiniz?"

Adətən bu cür ziddiyyətli bəyanatlar İrəvan və Bakı tərəfindən verilirdi.

Bu gün o yerə çatmışıq ki, Şuşinin statusu ilə bağlı bir ölkənin hökumət başçısı və Xarici İşlər naziri tərəfindən ziddiyyətli açıqlamalar verilir..."

Görünən budur ki, Ermənistan siyasətində və hökumətində az-çox ağlı başında olan elə Paşinyandır...

скачать dle 12.1