Bia.Az

“Xankəndini geri alıb, oranı bizimlə döyüşməyə gələnlərin məzar yerinə çevirərik”

Siyasət
 4-01-2021, 00:11     105

“Düşmən bilsin ki... Artıq iki aya yaxınlaşır ki, sosial şəbəkələrin əsas mövzusu Şəhidlər, onların xatirələrdir. Şəhidlərə bu qədər həssas münasibət, böyük diqqət, təkcə onların fədakarlığı, qəhramanlığı ilə bağlı  deyil, həm də onların bizə qalibiyyət duyğusu yaşatdıqlarına görədir. Məğlub olsaydıq, yəqin ki, indiki mənzərə olmazdı”.

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müavini Fuad Qəhrəmanlı deyib.

F.Qəhrəmanlı qeyd edib ki, şəhid şəkilləri, xatirələrini paylaşmaq, təkcə içimizdəki acıya, yanğına görə deyil, həm də hər gün millət olaraq uzun illər içimizdə saxlı qalmış qəhrəmanlıq duyğusu, əzmi ilə üzləşmək, göz gözə gəlmək ehtiyacından doğur: “Biz hər şəhid şəkli gördükdə, “bu, bizik”, “Biz bu şəhidləri doğan xalqıq” düşüncəsi ilə ruhumuz böyüyür, ayrı - ayrı fərdlər olmaqdan çıxıb vahid Vətən anlayışında  bütövləşirik. Diqqət etmisinizsə, Şəhidlik artıq milli kulta çevrilib. Vətən uğrunda öz məmləkətində ədalətsizliklə, kasıblıqla üz - üzə qalan bir xalqın ölümə, Şəhidliyə bu qədər təşnə olması inanılmazdır, tarixi fenomendir. Şəhidliyə tapınan bir xalqı məğlub etmək mümkün deyil artıq.

Bu gün Dağlıq Qarabağda rus - erməni hakimiyyəti yeni ordu yaradır, işğal qüvvələrinin sayını artırır. Ancaq bunların heç biri Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına yetməz, yetə də bilməz. Çünki alınmaz sayılan  Şuşanı  göz- gözə, burun- buruna savaşla, dişlə, dırnaqla, bıçaqla almış bir xalq var ikən, onun ölümə gülə - gülə yürüyə bilən minlərlə şəhid ola biləcək oğulları varkən, bizə  qurulan oyunları pozarıq, düşmənin sinəsinə dağ çəkib arzularını gözündə qoyarıq. Bu dəfə də Xankəndini geri alıb, oranı bizimlə döyüşməyə gələnlərin məzar yerinə çevirərik. Biz Şəhidliyə tapınan xalqıq. Şəhidlik bizim ən böyük güclər qarşısında yenilməyən gücümüz, haqqımızı diktə edəcək qüdrətimizdir” – F.Qəhrəmanlı qeyd edib.

BİA.AZ
скачать dle 12.1