Bia.Az

Azərbaycan bütün dünyaya göstərə bildi ki, Onun savaşı haqqın, ədalətin bərpası naminə idi - Əlisultan Sadıxov

Siyasət
 28-12-2020, 03:00     489

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin nümayişi oldu. Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsi isə sübut etdi ki ölkəmiz işğal altında olan torpaqlarını müstəqil şəkildə azad etməyə qadirdir. Azərbaycan bütün dünyaya göstərə bildi ki, Onun savaşı haqqın, ədalətin bərpası naminə idi..“

“Bunu BİA.az-a Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov bildirib.

Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan rayon ziyalısı deyib: “30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyan Azərbaycan böyük təntənə ilə müstəqillik tariximizin ilk Zəfər Paradına hazırlaşırdı. Hər kəs səbirsizliklə öz hərbi texnikamızla yanaşı düşmənin qənimət kimi əldə olunan, həmçinin darmadağın edilən hərbi texnikasının nümayiş olunacağı günü gözləyirdi.“

O, qeyd edib ki, artıq minilliklərdən soraq verən, erməni işğalı altında olan torpaqlarımız öz sahiblərinə qaytarıldı, Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz İlham Əliyevin qətiyyəti, siyasi iradəsidir.

Əlisultan Sadıxov deyib: ”Azərbaycan qürurla mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük Zəfərini, yeni tarixə qədəm qoyduğunu 2020-ci il 10 dekabr tarixində Bakıda keçiriləcək hərbi paradda dünyaya rəsmən elan edəcək. Azərbaycan xalqı ədalətin bərpa edilməsini bayram edəcək. Dünya ictimaiyyəti Azərbaycan xalqının ölkə Prezidentimiz İlham Əliyevin ətrafında yumruq kimi bir olmağı, milli birliyi sayəsində dövlət müstəqilliyini əbədi və dönməz etdiyinin nümayişinə şahidlik edəcək”

27-28 il işğalda olan torpaqlarımızın nəhayət ki, azadlığa qovuşmasından sonra müstəqil Azərbaycan dövləti özünün ilk zəfər paradını keçirdi və bu parad Azərbaycan tarixində elə bir mərhələdir ki, bundan sonra artıq dinc quruculuq dövrü başlayır. Azərbaycan dövləti dünya dövlətləri arasında özünün həqiqətən də inkişafı ilə daha çox diqqət çəkməyə başlayacaq və artıq azərbaycanlılar qürurlu bir millətin nümayəndələri olaraq dünyada tanınacaq, qəbul ediləcək.

Həqiqətən də çox şərəfli bir tarixi günə şahidlik etdik və təbii ki, bunu bizə yaşadanlar var. Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev özünün qətiyyətli, uzaqgörən siyasəti ilə bu günü mümkün edib. Onun arxasında Azərbaycan Ordusunun, başda generallar olmaq şərti ilə hər bir fərdi bu qələbəni bizim üçün reallaşdırıb. Özəlliklə də qanlarını bu vətən üçün fəda etmiş 2783 nəfər şəhidimiz, eləcə də minlərlə qazimiz, müharibə iştirakçımız bu günü mümkün edib. Yəni biz bir xalq olaraq bütünləşə, birləşə bilmişik, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı nəhayət ki, düşmən tapdağından azad etmişik. Şəxsən mən, bir azərbaycanlı olaraq, qürurluyam, şərəf hissi duyuram, özümü çox xoşbəxt hiss edirəm.

Fürsətdən istifadə edib qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə xalqımızı səmimi qəlbdən təbrik edirəm. Yeni ildə hər kəsə can sağlığı, sevinc dolu günlər və xoşbəxtlik arzulayıram.“

BİA.az
скачать dle 12.1