Bia.Az

Arif Hacılıdan Etibar Məmmədova ağır ittiham: O görüşdən sonra nə baş verib?

Siyasət
 21-05-2026, 01:28     1 600

“4 iyun qiyamı günlərində Etibar Məmmədovla əvvəl onun, sonra isə mənim təşəbbüsümlə dəfələrlə telefon danışığımız olub. Mən Gəncədən qayıtdıqdan sonra isə öz təşəbbüsümlə və prezident Elçibəyin razılığı ilə AMİP qərargahına gedib Etibar Məmmədovla görüşmüşəm”.

Globalinfo.az xəbər verir ki, bunu Müsavat Məclisinin sədri Arif Hacılı deyib. O, bildirib ki, son vaxtlar haqqında düzgün olmayan fikirlər deyilir.
A.Hacılının sözlərinə görə, o görüşlərdə qiyamın baş tutacağı halda bunun Azərbaycana böyük zərbə vurağacını Etibar Məmmədova izah etməyə çalışıb.

O, deyib ki, 4 iyun hadisələrindən sonra yaranmış vəziyyət fonunda Baş nazir vəzifəsinin Etibar Məmmədova təklif edilməsinin təşəbbüskarı və tərəfdarı olub:

A.Hacılı iddia edib ki, bunun əvəzində Etibar Məmmədovdan qiyama dəstək verməməsini, prezident Elçibəyə qarşı çıxmamasını istəyib:

“Amma belə olmadı. Etibar Məmmədov Gəncəyə — Surət Hüseynovun görüşünə getdi və oradan qayıtdıqdan sonra keçirdiyi mətbuat konfransında hakimiyyətə qarşı ağır ittihamlar irəli sürərək qiyama və qiyam lideri Surət Hüseynova açıq dəstək verdi”.скачать dle 12.1