Bia.Az

Tramp narahatdır: Bu ehtiyatlar tükənsə, ABŞ İranla savaşa bilməyəcək

Siyasət
 4-04-2026, 01:15     1 086

ABŞ-ın hərbi sənayesi üçün strateji əhəmiyyət daşıyan volfram ehtiyatlarının tükənəcəyi ilə bağlı narahatlıqlar artır.

Globalinfo.az xəbər verir ki, “Foreign Policy” nəşrinin yazdığına görə, ABŞ-ın İrana qarşı davam edən hərbi əməliyyatları bu nadir metalın ehtiyatlarını ciddi şəkildə azalda bilər.

Məlumata əsasən, Amerika ordusunun istifadə etdiyi çoxsaylı silah və sursatlar məhz volframdan asılıdır.

Bildirilir ki, son dövrlərdə ABŞ qüvvələrinin İrana qarşı həyata keçirdiyi intensiv zərbələr, xüsusilə də yüksək dəqiqlikli və zirehdələn sursatların geniş istifadəsi volframa olan tələbatı daha da artırıb. Bu isə ehtiyatların sürətlə tükənməsi riskini gündəmə gətirir.

Volfram öz yüksək sıxlığı və bütün təmiz metallar arasında ən yüksək ərimə temperaturuna malik olması ilə seçilir. Bu xüsusiyyətlər onu zirehdələn mərmilərdən tutmuş raket sistemlərinədək bir çox hərbi texnologiyalar üçün əvəzolunmaz edir.

Məqalədə qeyd olunur ki, ABŞ-da bu mineralın sənaye miqyasında hasilatı aparılmır. Bu isə uzunmüddətli münaqişə şəraitində ölkənin silah istehsalı imkanlarına mənfi təsir göstərə bilər. Ehtiyatların qısa müddətdə bərpası isə olduqca çətin görünür.

Ekspertlər hesab edir ki, əgər hərbi əməliyyatlar uzanarsa, volfram çatışmazlığı ABŞ-ın müdafiə sənayesində ciddi problemlərə səbəb ola bilər.скачать dle 12.1