Bia.Az

İrana qoşun yeridilə bilər – Fidan

Siyasət
 28-03-2026, 00:30     924

ABŞ Fars körfəzində İranın hansısa adasına qoşun yeridə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Münaqişə uzanacağı təqdirdə ABŞ-ın Fars körfəzində İrana aid adaya qoşun yeritməsi versiyaları gündəmdir”, – Türkiyənin XİN başçısı vurğulayıb.

O əlavə edib ki, İran Hörmüz boğazını bloklamaqla strateji üstünlük əldə edib. H.Fidanın sözlərinə görə, buna cavab olaraq ABŞ-ın İranın neft-qaz ixrac edən hansısa adasını tutması strateji həmlə ola bilər:

“Müharibə aparan tərəflər bunu təzyiq metodu və əlini güclü tutmaq üçün edirlər. Məhz buna görə, Türkiyə tərəflər arasında atəşkəsin əldə olunmasına çalışır”.скачать dle 12.1