Pezeşkian üzr istədi: “Daha hücum olmayacaq, düşmənçiliyimiz yoxdur”
“İran daha qonşu ölkələrə hücum etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian bildirib ki, Müvəqqəti Rəhbərlik Şurası martın 6-da qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib.
“Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm. İrana hücum olmasa, qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. Silahlı Qüvvələrimiz müstəqil fəaliyyət göstərərək ölkənin şərəfini qoruyub”, – o, qeyd edib.









