Bia.Az

Başdan ayağa qərəzli hesabat ... - "Human Rights Watch” Azərbaycan əleyhinə daha bir sənəd yayıb

Siyasət
 12-12-2020, 02:41     317

Təşkilat Azərbaycanla Ermənistan arasında balans yaratmağa çalışır

“Human Rights Watch” insan haqları təşkilatı dekabrın 11-də Dağlıq Qarabağ müharibəsində beynəlxalq humanitar hüququn pozulması ilə bağlı iki hesabat yayıb. Hesabatın birində Azərbaycan silahlı qüvvələrinin, digərində isə Ermənistan tərəfin yol verdiyi pozuntulardan söz açılır. Qurum hər iki hesabatın onlarla müsahibə, peyk təsvirləri, fotolar və videolarin təhlili əsasında hazırlandığını bildirir.
Səndələ tanış olduqda onun kifayət qədər qərəzli hazırlandığı, balanslı göstərmək niyyəti ilə faktların təhrif edildiyi, hadisələrin şişirdildiyi, yaxud miqyasının kiçildiyini görmək olur.
Məsələn, Azərbaycanla bağlı hesabatda müharibə zamanı Dağlıq Qarabağın mərkəzi Xankəndinə hədəfsiz zərbələr endirilməsindən söz açılır. Qurum bildirir ki, şəhərdə apardığı təhqiqat Azərbaycan tərəfin klastr bombaları, artilleriya və digər silahlardan hərbi hədəflərə və mülki obyektlərə fərq qoymadan atəş açdığını göstərir.
Azərbaycan Müdafiə Nazirliyi və Prezidentin köməkçisi Hikmət Hacıyev hələ müharibənin gedişində bu barədə erməni tərəfinin iddialarına ətraflı cavab verib. Hikmət Hacıyev oktyabrın 18-də BBC-yə deyib ki, Xankəndində yalnız hərbi hədəflər vurulub, mülki itkilər yalnız qanuni zərbələr nəticəsində baş verib.
Prezident İlham Əliyev də “BBC”yə müsahibəsində hədəfsiz zərbələr endirilməsini, klastr bombalardan istifadəni saxta xəbər adlandırıb. 
Qeyd edək ki, “Human Rights Watch” təşkilatının nümayəndələri  faktları saxtalaşdırsa da,  Azərbaycan yalnlz hərbi hədəflərə raket zərbələri endirib.


Xankəndi şəhərinə müharibədən əvvəl və döyüşlərin gedişində böyük sayda ordu hissələri, hava hücumundan müdafiə sistemləri, habelə uzaq vuran artilleriya sistemləri yerləşdirilib. Azərbaycan hərbi kəşfiyyatının məlumatlarına görə, həmin qurğulardan Azərbaycan Ordusunun mövqeləri, habelə cəbhədən xeyli aralıda olan yaşayış məntəqələri atəşə tutulub.
Düşmənin həmin mövqelərinə zərbələr endirilməsi müharibə qanunlarına tamamilə uyğundur və burada dinc əhalini məhv etmək üçün məqsədli zərbələrdən söhbət gedə bilməAmma insan haqları təşkilatı bu zərurəti qeyd etməyib və Ermənistan rəhbərliyinin dinc əhalini qəsdən hədəfə çevirməsinin əslində cinayət olduğunu göstərməyib.
“Human Rights Watch” Azərbaycanla bağlı hesabatda bildirib ki, Ermənistan hərbi qüvvələrinin də müharibə vaxtı Azərbaycana hədəfsiz raket zərbələri endirib. Təşkilat 11 belə insidenti sənədləşdirdiyini açıqlayıb. Azı dörd insident zamanı aşkar hərbi hədəflərin olmadığı ərazilərə zərbələr endirilib.
“Azərbaycan hərbi obyektləri sıx yaşayış məskənlərinə yerləşdirməklə, yaxud mülkiləri hərbi əməliyyatların yaxınlığından köçürməməklə dinc sakinlərin həyatını gərəksiz yerə riskə atıb”, – hesabatda vurğulanır.
“Ermənistan qüvvələri müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atıb, ağır artilleriya zərbələri endirib. Altı həftəlik müharibə boyunca bu hücumlar qanunsuz olaraq mülkilərin həyatını, evlərini dağıdıb və qərəzsiz şəkildə araşdırılmalıdır, – təşkilatın Avropa və Orta Asiya üzrə direktoruHyu Uilyamson deyib.
“Human Rights Watch” Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərə zərbələri araşdırıb. Hesabatın əhatələdiyi 18 zərbədə 40 dinc sakin öldürülüb, onlarla insan yaralanıb.
Ümumilikdə isə, Azərbaycan tərəf 44 günlük müharibədə 100-ə yaxın dinc sakinin öldürüldüyünü, 400-dən çoxunun yaralandığını bildirir. Azərbaycan hökuməti son müharibə nəticəsində 40 mindən çox insanın köçkünə çevrildiyini deyib”.
Azərbaycanla bağlı hesabatda xeyli qərəzli məqamlar var. Məsələn, sənədin “Azərbaycan hərbi obyektləri sıx yaşayış məskənlərinə yerləşdirməklə, yaxud mülkiləri hərbi əməliyyatların yaxınlığından köçürməməklə dinc sakinlərin həyatını gərəksiz yerə riskə atıb” hissəsi reallıqdan tamamilə uzaqdır.
Güman ki, təşkilat Tərtər və Bərdə şəhərlərində dinc insanların qətlə yetirilməsinin məsuliyyətini həm də Azərbaycan hökumətinin üzərinə qoymağa cəhd edib.


Məlumdur ki, Tərtər şəhəri cəbhə xəttinin yaxınlığında yerləşsə də, orada hərbi obyektlər, artilleriya və s. döyüş texnikası yerləşdirilməyib. “Human Rights Watch” bunu təsdiq edən heç bir dəlil təqdim etməyib. Amma təkcə Tərtər şəhəri yox, rayonun 20-dən artıq kəndi düşmənin aramsız raket, top atəşinə məruz qalıb. Ermənistan dinc əhalini atəşə tutmaqla kütləvi ölümlərə, daxildə qələbə ovqatını pozmağa, qorxu yaratmağa cəhd edib. Nəticədə xeyli sayda dinc vətəndaş həyatını itirib, minlərlə ev, obyekt, infrastruktur məhv edilib, amma düşmənin gözlədiyi atmosfer yaranmayıb.
“Human Rights Watch” burada düşmənin bu barbar əməllərinə haqq qazandırmağa çalışır, bunun adını da guya adıçəkilən ərazilərdə hərbi infrastrukturun yerləşdirilməsi ilə izah edib. Yeri gəlmişkən, Xankəndi şəhəri başdan –ayağa hərbiləşdirilsə də Azərbaycan Ordusunun həmin hədəfləri məhv etməyə çalışmasını kəskin qınayıb. Faktların manipulyasiyasi, qərəz göz qabağındadır.
Hesabatın ən yaralı yeri Bərdə və Gəncə şəhərlərinin ballistik raketlərlə atəşə tutulması nəticəsində onlarla insanın həlak olması və böyük dağıntıların soyuqqanlıqla təhlil edilməsidir.

Məlumdur, hər iki Azərbaycan şəhəri cəbhədən xeyli uzaqda yerləşir və orada hər hansı hərbi obyektlər yerləşdirilməyib. Amma hər iki şəhər ortamənzilli “Elbrus” taktiki ballistik raketi və “Smerç”-lərlə atəşə tutulub. Düşmən yeganə məqsədi kütləvi insan tələfatı yaratmaqla cəmiyyətdəki milli birliyi, qələbə ruhunu faciə, qorxu ilə əvəz etmək, böyük şəhərlərin əhalisini məcburi köçkünə çevirməklə daxili sosial sabitliyi pozmaq olub. Belə hadisələr son olaraq Suriyada yaşanıb, daxili və xarici qüvvələr dinc əhalinin yaşadığı şəhərləri ağır artilleriya və aviasiya ilə bombalayıb. Nəticədə minlərlə insan həlak olub. Gəncə və Bərdədən çəkilən foto-videolarda həmin mənzərələri görmək mümkün idi.
Bütün hallarda müharibə Azərbaycan ərazisində gedib, Ermənistan ərazisinə bir güllə belə atılmayıb. Dağlıq Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu nəzərə alsaq, “Human Rights Watch” təşkilatının burada balansı axtarması ironiya doğurur.
Ermənistanın hansısa şəhəri, kəndi, insanı Azərbaycanın Ordusunun əməliyyatlarından heç bir zərər çəkməyib.
Dağlıq Qarabağıdakı ermənilərə gəlincə, bölgədəki cinayətkar hərbi xunta onları öz məqsədləri naminə canlı hədəfə çevirib, bunun məsuliyyəti tamamilə onların üzərindədir. Məqsədlərdən biri də elə “Human Rights Watch” kimi təşkilatların bu gün ortaya çıxardığı hesabatlarda Azərbaycana qarşı saxta ittihamlar irəli sürməsinə nail olmaqdan ibarətdir. Ancaq bu cür qərəzli hesabatların tualet kağızı qədər belə dəyəri yoxdur...
E. Rüstəmliскачать dle 12.1