Bia.Az

"BU PARAD QALİB XALQIN PARADIDIR!" - Millət vəkili

Siyasət
 10-12-2020, 13:38     305

"Nəhəyət, 30 il həsrətində olduğumuz gün gəlib çatdı. Bu gün Qələbə paradıdır. Erməni faşizmi və erməni barbarlığı üzərində çalınmış tam və qəti qələbənin paradır. Ümummilli liderimiz Heydər Əliyev bir zamanlar “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini səsləndirəndə, sanki bu günləri görürdü". 

“AzPolitika.info”-nun məlumatına görə, bu fikirlər millət vəkili, fəlsəfə doktoru Etibar Əliyevin “facebook” hesabından paylaşdığı yazıdan götürülüb. Yazıda E.Əliyev daha sonra bildirir:
"Ölkənin gücünə, qüdrətinə Xalqın Qızıl hərflərlə yazılan çox mühüm bir keyfiyyəti də əlavə olundu. Azərbaycan xalqı qalib xalqdır. Biz böyük qələbənin möhtəşəm sevincini yaşayırıq.
Çingiz Aytmatov "Ana tarla" povestində yazırdı: "Torpaq, sən bizim hamımızı öz sinəndə saxlayırsan; əgər sən bizə xoşbəxtlik bəxş etməyəcəksənsə, onda niyə torpaq olursan, biz isə niyə dünyaya gəlirik? Biz sənin övladlarınıq, torpaq, bizə xoşbəxtlik ver, bizi bəxtəvər elə!" 
Torpağın övladları onu faşizmdən və vandallardan təmizlədi. Şəhidlərimizin Ruhu qarşısında baş əyirəm. Əsarətdən azad olunmuş torpaqlarımıza qovuşduq. Bu parad Qalib xalqın paradıdır.
Vaxtilə Mustafa Kamal Atatürk demişdir: “Millət sevgisi qədər böyük mükafat ola bilməz.”
Bu mükafatı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev qazandı. Dövrün sərkərdəlik və diplomatiya tarixini yazdı, yeni dəyərlər sistemi yaratdı.
Əziz və dəyərli Rəcəb Tayyib Ərdoğan gözəl demişdir: "Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm siyasət, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır." 
Bəli, bu Qələbə paradı da ana südü kimi halal haqqımızdır.
Qələbə Paradımız mübarək!"скачать dle 12.1