Bia.Az

"Baydeni yaxşı tanıyıram, onunla bəzi məsələləri müzakirə edəcəm" - Ərdoğan

Siyasət
 9-12-2020, 15:41     236

“Cozef Baydeni Barak Obama dövründən tanıyıram. Bayden evimədək gələn biridir. Səhhətimdə problem olanda məni evimdə ziyarət etmişdi”.


“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.


“Hazırda, təəssüf ki, bizim silah almamız məsələlərində atdıqları addımları və ifadələri düzgün saymırıq. Xüsusilə Suriyanın şimalındakı yanaşmalarını doğru hesab etmirik. Hazırda onunla bağlı edəcəyimiz açıqlamaları erkən hesab edirəm. Bayden vəzifəsinə başlasın. Onunla oturub bəzi məsələləri müzakirə edəcəyik”, - o vurğulayıb.скачать dle 12.1