Bia.Az

BDYP RƏİSİ VƏZİFƏSİNDƏN AZAD OLUNUB? - DİN-dən açıqlama (Yenilənib)

Siyasət
 2-12-2020, 12:59     255

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu "Report"a DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

***
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.

“Report”un xəbərinə görə, R.Zeynalov təqaüdə göndərilib.

Qeyd edək ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından Respublika DYP rəisi idi.скачать dle 12.1