Bia.Az

Fəzail Ağamalının oğlu və onu dəstəkləyənlər partiyadan çıxarıldı

Siyasət
 8-11-2025, 00:39     1 001

Ana Vətən Partiyasının (AVP) daxilində sədr seçimi ilə bağlı yaşanan qalmaqal üzrə qərar verilib. Qərara əsasən, Fəzail Ağamalının oğlu Elçin Ağamalı və onu dəstəkləyən şəxslər partiyadan kənarlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat partiyanın yeni qəbul etdiyi qərarda əksini tapıb.

Partiyadan bildirilib ki, 5 noyabr 2025-ci ildə Ana Vətən Partiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və Partiya Nizamnaməsinin tələblərinin pozulması ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bu məsələdən irəli gələn digər məsələlər müzakirə olunub.

Müzakirələr zamanı ilk olaraq, Ana Vətən Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud şəkildə pozmaqla, Partiya üzvünün vəzifələrini (Partiya orqanlarının qanuni qərarlarını yerinə yetirmək; Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək) müəyyən edən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.3 və 22.2.6-cı maddələrinin, həmçinin Partiya Nizamnaməsinin 5.5.3 və 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxılıb.скачать dle 12.1