Bia.Az

Arutyunyanın məxfi Moskva səfəri: Anna Akopyan tələb edir ki...

Siyasət
 25-11-2020, 14:23     299

Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan Rusiyaya məxfi səfər edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Mediaport” Telegram kanalı məlumat yayıb. Kanal Araik Arutyunyanın səfərilə bağlı foto da təqdim edib.

“Foto dünən səhər saatlarında Moskvanın şəxsi təyyarələr üçün nəzərdə tutulan terminalında çəkilib. Fotoda Araikin Arutyunyanın yanında dayan şəxs Rusiyanın “DQR”dəki daimi nümayəndəsi Albert Andrryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qərargahının rəis müavini Aykaz Baqmanyandır. Onlar Arutyunla birgə Ermənistana qayıdıblar”, - kanal bildirib.

Araik Arutyunyanın Rusiyaya məxfi səfəri vəzifəsinin taleyilə bağlıdır.

“Məsələ burasındadır ki, Nikol Paşinyan xanımı Anna Akopyanın lobbiçiliyi ilə Araik Arutyunyanı Samvel Babayanla əvəzləmək istəyir. Bu ssenarinin qarşısını almaq üçün Arutyunyan Rusiyaya səfər edib. O noyabrın 25-nə qədər Moskvada qalmağı planlaşdırıb. Lakin bizim ifşamızdan sonra səfəri yarımçıq saxlayıb.

Arutyunyan Ermənistana “Cessna 525 Citation jet” modelli özəl təyyarəyə 25 000 avro ödəyərək qayıdıb”, - “Mediaport” qeyd edib.скачать dle 12.1