Bia.Az

“Nikolun satqın və vələddüzina olması artıq faktdır” – Səfirdən şok ittiham

Siyasət
 18-11-2020, 16:23     277

Ermənistan Baş naziri Nikol Paşinyanın əleyhdarları onu devirmək üçün xalqı meydanlara çıxarmağa hazırlaşır. 

Yenisabah.az xəbər verir ki,  artıq Ermənistanın Vatikanda səfiri olmuş Mikael Minasyan xalqa çağırış edib. “Xalq Paşinyanı hakimiyyətə gətirdiyi kimi yola salmalıdır”, - deyə o bəyan edib.
Mikael Minasyan bildirib ki, Paşinyanın necə hakimiyyəti gəlməsi ətrafında sui-qəsd nəzəriyyələri kontekstində spekulyasiyalara son qoyulmalıdır. Onun fikrincə, Baş nazir xalqın dəstəyi ilə iqtidara gəlib. “Nikol Paşinyanın hakimiyyətə gəlməsi, açıq deyəcəm, ümumxalq hərəkatının nəticəsidir. Mən mərhələləri və texnologiyaları yaxşı təsəvvür edirəm. Tətbiq edilən manipulyasiya və yalanları bilirəm, mən orada xarici agentləri və səpələnən pulları görmüşəm.
Erməni xalqı bu 2 il yarım müddətində bir neçə dəfə sübut ediblər ki, onların yeganə seçimi Nikol Paşinyandır.
Amma yenə də sual verilir ki, Nikol hakimiyyətə necə gəlib? Axı hakimiyyəti ona siz vermisiz.
Nikolun satqın və vələddüzina olması artıq faktdır, burada başqa  fikir ola bilməz. Lakin bizim əsas düşmənimiz "nikolizm"dir, bu mərəzin cəhənnəm təcəssümü elə Nikolun özüdür.
Buna görə də xalq Nikola verdiyi səsləri geri almalıdır. Necə hakimiyyətə gətiribsə, elə də yola salmalıdır. Bu həm ədalətli, həm də məntiqlidir.
Vətəni satan xainə qarşı, səhvlərinizi düzəltmək üçün bunu edin. Sıfırdan başlayın, necə ki, bunu əvvəl etmisiniz. Nikoldan imtina edin”, - deyə keçmiş səfir bildirib.
Ehtimal olunur ki, Ermənistan müxalifəti, həmçinin Paşinyana qarşı erməni ictimai-siyasi fiqurlar da oxşar çağırışlar edəcəklər.скачать dle 12.1