Bia.Az

İsrail Yom-Kippur müharibəsindən sonra İLK yaşadı – Beləsi olmamışdı…

Siyasət
 25-06-2025, 00:55     338

“Yaxın Şərqdə “2003.İraq” kampaniyasından sonra ən gərgin günləri yaşandı. 2023-cü ilin oktyabrında başlayan toqquşmalarının kulminasiya nöqtəsi İran və İsrail arasında oldu. Bu toqquşmalarda hər iki tərəfin zəif və güclü tərəfləri ortaya çıxdı”. 

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, İran kəşfiyyat və ordu sisteminə İsrailin ciddi şəkildə nüfuz etdiyini gördük:

“O cümlədən İran teorik olaraq bildiyi zəifliklərini praktiki olaraq da müşahidə etdi. Tehran öz HHM-nin zəif olduğunu gördü.
İranın İraq, Livan və Yəməndə qurduğu proksi qüvvələrin də qeyri-effektiv və hər hansı ciddi toqquşmada yararsız olduğu ortaya çıxdı. Bu, bəlkə də İranın ən ağrılı nöqtəsi oldu. Çünki İran illərdir proksi qüvvələr üzərində işləyirdi və bu, həm maddi, həm də hərbi itkiyə səbəb oldu. Əsas qazancı isə raket sistemi və imicində oldu. İsrail və ABŞ İranın hipersonik raket sisteminin nə qədər inkişaf etdiyini gördü. Tehran istədiyi vaxt Təl-Əvivi ciddi şəkildə vura biləcəyini nümayiş etdirdi.
İran digər tərəfdən də Ərəb Baharında aşağı düşən imicini müəyyən dərəcədə bərpa etdi. Bunu ən azından “Əl-Cəzirə”də və türk mətbuatında İrana qarşı dəyişən ritorikada müşahidə etdik. İndi isə İranın əsas məqsədi bu zəifliklərini ortadan qaldırmaq olacaq. İranda “MOSSAD agenti ovu” dövrü başlaya bilər”.
mossad iran 134

Politoloq bildirib ki, İsrail isə İranda hələ rejimi dəyişdirəcək gücünün olmadığını və əslində əlində alternativin olmadığını gördü:

“İlk gün punktual zərbələrlə toqquşmaya üstün başlayan İsrail İranın hipersonik raket hücumlarını dayandırmaması nəticəsində bu üstünlüyünü saxlaya bilmədi. İsrail Yom-Kippur müharibəsindən sonra belə bir vəziyyət yaşamamışdı.

İsrailin əsas qazancı o oldu ki, 1979-cu ildən bu yana ilk dəfə ABŞ-ı İranda açıq hərbi toqquşmaya çəkə bildi. Həm Təl-Əviv, həm də Vaşinqton “psixoloji baryeri” aşdı. Bundan sonra İran və İsrail arasında bir neçə ildən bir daha çox toqquşmalar ola bilər.

Sonra nə olacaq?

İsrail hər vəchlə İranda rejim dəyişikliyi üçün çalışacaq. İran isə bir sonrakı toqquşmaya hazırlaşacaq. İranın proksi siyasətinin dəyişib-dəyişməyəcəyi isə burada əsas məqamlardan biridir”.

Turan Rzayev
Globalinfo.azскачать dle 12.1