Bia.Az

“Hər şey müxalifətin davranışından asılıdır” - Zəlimxan Məmmədli

Siyasət
 3-11-2020, 12:25     270

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri baş tutub. Seçkidən 2 gün sonra Avropalı Gürcüstan və Vətənpərvərlər Alyansı Partiyası deputat mandatlarından imtina etdiyini açıqlayıb. Onlar seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia ediblər. Hətta “Vətənpərvərlər Alyansı” vaxtından əvvəl seçkilərin keçirilməsi tələbi ilə genişmiqyaslı aksiyalar keçirməyə hazırlaşır.

Maraqlıdır, Gürcüstanda təkrar parlament seçkiləri keçirilə bilər?

Əslən Gürcüstandan olan siyasi şərhçi Zəlimxan Məmmədli məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, Gürcüstan müxalifəti seçkilərindəki total saxtalaşdırma ilə bağlı əsaslı faktlar ortaya qoyur:

“Onlar tərəfdən kifayət qədər ciddi iddialar var. O baxımdan mübarizənin növbəti mərhələsində bu addımı atmaqları təəccüblü deyil. Parlamentin ilk iclasının keçirilməsi üçün yetərsay problemi ola bilər ki, bu da növbədənkənar parlament seçkilərinə gətirib çıxarar. Yəni əgər müxalifət yekdillik nümayiş etdirə bilsə, bu proses qaçılmaz olacaq. Təbii ki, burada hakimiyyət resurslarından tutmuş bütün vasitələrdən istifadə olunur. Bu baxımdan hər şey müxalifətin birgə davranışından asılıdır. Yəni bir partiyanın iki və ya beş deputatının mandatdan imtina etməsi məsələni həll etmir. Əgər hamısı-Milli Hərəkat , Avropalı Gürcüstan və digər partiyalar bu addımı atsa, nəticə görmək olar. Hakim komanda ilə mübarizə əsas bu partiyalar arasında gedir. Siyasi böhran yox, sadəcə hüquqi nöqteyi nəzərdən Gürcüstan Konstitusiyasına görə növbədənkənar parlament seçkiləri ola bilər”.скачать dle 12.1