Ukrayna XİN Azərbaycanı təbrik etdi

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkələrdəki hesabında paylaşım edilib.
“Ukrayna ilə Azərbaycanın əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkənin suverenliyini gücləndirəcək və bölgədə sülhün və təhlükəsizliyin bərpasına mühüm töhfə verəcək. Rusiya tərəfindən həyata keçirilən hərbi müdaxilə fonunda Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edirik”,- paylaşımda deyilir.