Bia.Az

İ.Əliyev ermənilərin məkrli oyunlarına sərt və birmənalı mövqeyi ilə cavab veridi - tisadcı

Siyasət
 28-10-2020, 18:15     515

27 sentyabr tarixindən etibarən Dağlıq Qarabağ ərazisində Ermənistan ordusu tərəfindən cəhd edilən təxribatın qarşısının alınması ilə başlanılan torpaqlarımızın işğaldan azad edilməsi istiqamətli hərbi əməliyyatlar davam etməkdədir. Geridə qoyduğumuz dövr ərzindən sözsüz ki, qonşu ölkələr və dünya ictimaiyyətinin diqqəti münaqişə ərazisi və hal-hazırda döyüşləri davam etdirən iki ölkə üzərində olmuşdur. Həyata keçirilən hərbi əməliyyat və Azərbaycanın mövqeyi barədə artıq bir neçə ölkənin mötəbər televiziya kanalları ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevdən xüsusi müsahibə götürmüşdür. Bu istiqamətli müsahibələrdən biri də  Fransanın “Figaro” qəzeti ilə baş tutmuşdur.

Müsahibəni izləyən və təhlil edən zaman açıq formada görmək olur ki, “Figaro” qəzetinin müsahibəsində səsləndirilən suallar qərəzli və təxribat xarakteri daşıyırdı.  Jurnalistin qıcıq yaradan suallarına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən sualları tam adekvat və əsaslandırılmış formada cavablandırılmaqla yanaşı, həm də suallarda olan qərəzli mövqe və yanaşmaya öz münasibətini də bildirmişdir. 

Fransalı jurnalistin ”Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?” təxribat xarakerli sualına ölkə Prezidentimiz tərəfindən verilən sərrast, dəqiq faktlarla əhatə olunmuş cavab qarşı tərəfin planlarını alt-üst etdi: “Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik”

Bəli, uzun illər ərzində sülh danışıqlarının prinsiplərinə sadiq qalaraq münaqişənin müzakirələr yolu ilə həllini tapacağını ümidlə gözləyən, amma Ermənistanın davamlı təxribatları ilə üzləşərək sonda problemin hərbi yolla aradan qaldırılmasına qərar verən Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olmasını bütün beynəlxalq platformalarda dəfələrlə dünyaya çatdırıb. Ölkə Prezidentimiz ortaya qoyduğu dəqiq faktlar və qətiyyətli mövqeyi ilə hər dəfə daha böyük lider olduğunu nümayiş etdirib, ermənilərin məkrli oyunlarına sərt və birmənalı mövqeyi ilə cavab verib. Azərbaycan Prezidenti çıxışlarında dönə-dönə Ermənistanın təcavüzkar siyasətinin Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün böyük təhdid yaratdığını bildirib.

Ali Baş Komandan İlham Əliyev müsahibəsinin sonunda qeyd etdi ki, bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icması var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükəmməldir. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Azərbaycan regiona bu nöqteyi-nəzərdən baxmır. Azərbaycan dininə hörmət edən dünyəvi ölkədir. Azərbaycan dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyət qarşısında bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirib. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi var. İşğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.

Tural HÜSEYNLİ, 
İqtisadcı, Nəsimi rayonu.

скачать dle 12.1