Bia.Az

İran Azərbaycana heyət göndərir – Abbas Araqçı Bakıda nəyi müzakirə edəcək?

Siyasət
 28-10-2020, 13:56     472

İran Xarici işlər nazirinin müavini Abbas Araqçının oktyabrın 28-də Bakıya gələcəyi gözlənir. Onun regiona səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməkdir.

XİN-in sözçüsü Səid Xətibzadə deyib ki, Araqçı ilk öncəİranın sərhəd regionlarına səfər edərək son dəyişiklikləri öz gözlərilə görəcək. Onun daha sonra Bakıya, Moskvaya, Yerevana və Ankara səfər edəcəyi gözlənir.

Dünən Araqçı Azərbaycanla həmsərhəd Ərdəbil vilayətinə səfəri zamanı Dağlıq Qarabağda münaqişə tərəflərinəİran ərazilərinin təhlükəsizliyinə hər hansı ziyan vurmaqla bağlı xəbərdarlıq edib.

“Sərhəd regionlarının, bəndlərin təhlükəsizliyi, buradakı tikintiləİran İslam Respublikasıüçüçox vacibdir və qırmızı xətdir,– Araqçı deyib.

Nazir müavini qeyd edib ki, münaqişə tərəfləri İranın sərhəd ərazilərinə hər hansı ziyan vurmaqdan çəkinməlidirlər.

“İran İslam Respublikasının Araz sərhəçayıüzərində böyük su və elektrik obyektləri var, – Araqçi vurğulayıb.

Diplomat səfəri zamanıƏrdəbil vəŞərqi Azərbaycan vilayətlərində bir sıra bəndlərə başçəkib.скачать dle 12.1