Bia.Az

Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirildi – DETALLAR

Siyasət
 11-04-2025, 00:00     573

İsrail tərəfi Türkiyə nümayəndələri ilə Azərbaycanda danışıqlar aparıldığını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Dünən gecə İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda türkiyəli həmkarları ilə görüşüb. Təl-Əviv mühüm danışıqların təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir. Danışıqlar zamanı hər bir tərəf regionda öz maraqlarını təqdim edib, sabitliyi və təhlükəsizliyi qorumaq üçün dialoq yolunu davam etdirmək qərara alınıb”, – Netanyahunun ofisindən bildirilib.

***15:45
İsrail Azərbaycanda Türkiyə ilə aparılan danışıqların detallarını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Channel 12 News” yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
“İsrail və Türkiyə rəsmiləri bu həftə Azərbaycanda bir araya gələrək Suriyada hərbi çəkişmələrin qarşısını almaq üçün səyləri müzakirə ediblər. Qüds Türkiyə ordusunun Palmira (Tadmor) bölgəsində yerləşdirilməsinin “qırmızı xətti” keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Xarici qüvvələrin yerləşdirilməsi istiqamətində hər hansı dəyişiklik, xüsusən də Türkiyə tərəfindən, pozuntu kimi qiymətləndiriləcək və bu, prezident Əhməd əş-Şara dövründə Suriyada sabitliyi poza bilər”, – deyə bildirilib.
Qeyd olunub ki, hazırda Türkiyə qüvvələri bölgəyə yerləşdirilməsə də, İsrail belə bir hərəkətin qarşısını almaq üçün addımlar atır:
“Türkiyə mənbələri görüşü təsdiqləyib və anlaşılmazlıqların qarşısını almaq üçün kommunikasiya kanallarının qurulması barədə səylərin davam etdirildiyini bildirib. Danışıqlara Azərbaycan Prezident İlham Əliyev kömək edib”.

***13:13
Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə NTV Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
“Azərbaycanda tərəflər arasında gərginliyin azaldılması barədə iclas keçirilib. Mənbələr bildiriblər ki, münaqişənin aradan qaldırılması mexanizminin yaradılması səyləri davam edəcək”, – deyə bildirilib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev  ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Türkiyə ilə İsrailin ilk dəfə barışmasında da Azərbaycanın vasitəçilik etdiyini bildirib. Prezident vurğulayıb ki, bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.скачать dle 12.1