Bia.Az

Ukraynadan Tramp-Putin görüşünə reaksiya

Siyasət
 19-03-2025, 00:58     483

Rusiya ABŞ-ın atəşkəs tətbiq etmək ideyasını rədd edib.

Axar.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşrinə Ukrayna Prezident Ofisindəki adı açıqlanmayan mənbə Putin-Tramp telefon danışığını şərh edərkən bildirib.

O vurğulayıb ki, Moskvanın hərəkətləri Rusiyanın mübarizəni davam etdirmək istədiyini göstərir:

"Hazırda komanda səviyyəsində detalları işləyirik və tərəfdaşlarla birlikdə növbəti addımları atmağa hazırıq, lakin bu, tərəfdaşlarla birlikdə edilməlidir, çünki bu, effektiv ola biləcək yeganə yoldur".

Qeyd edək ki, ötən gün Putin və Tramp arasında telefon danışığı baş tutub.

Kremldən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Trampın 30 günlük atəşkəs təklifi ilə razılaşıb.скачать dle 12.1