Türkiyə Ostim Texniki Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO/VİDEO

Türkiyə Ostim Texniki Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
BİA.az xəbər verir ki, Türkiyə Ostim Texniki Universitetinin təşkilatçılığı ilə təşkil olunan anım tədbirində Turan Dövlətləri Təşkilatının Baş prezidenti, Baş Sədr müavini, Yaponiya səfiri, Azərbaycan səfiri, Azərbaycan Göktürk Platforması, Ostim Texniki Universitetinin rektor müavini, bələdiyyə sədrləri, AK Partiya millət vəkilləri və protokol siyahısında yer alan nazir mərasimdə iştirak edib. Tədbir Xocalı qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut və faciəni əks etdirən qısa filmlə başlayıb.
Tədbirdə Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə diqqət çəkərək, Türkiyənin çətin günlərdə həmişə Azərbaycanın yanında olduğu qeyd edilib. Nəzərə catdırılıb ki, XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində, eyni zamanda, Şərqi Anadoluda ermənilər tərəfindən qətliamlar törədilib. Qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri millətimizə qarşı törədilmiş soyqırımları dünyaya obyektiv şəkildə çatdırmaqdır.
Tədbir iştirakcıları Xocalıda baş verən soyqırımına dünyanın göz yumduğunu təəssüflə qeyd edərək, soyqırımın heç vaxt unudulmayacağını ifadə edib. Azərbaycanın torpaqlarını işğaldan azad edərək şəhidlərin qanını yerdə qoymadığını ifadə edən cıxışcılar Qafqaz bölgəsində davamlı sülhə nail olmaq üçün Ermənistanın öhdəliklərini yerinə yetirməli olduğunu bildiriblər.
Tədbirdə Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında Türkiyənin mətbuat nümayəndələrinin rolunu xüsusi qeyd edib, Azərbaycanın ağır günlərində Türkiyə tərəfindən göstərilən yardımlardan danışılıb.
Daha sonra çıxış edənlər Xocalı soyqırımının bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olduğunu, soyqırımın yalnız Azərbaycan türklərinə deyil, bütün türk dünyasına qarşı törədildiyini qeyd ediblər və soyqırımın beynəlxalq səviyyədə tanınması üçün çalışmağa davam edəcəklərini bildiriblər.