Qəza yerindən daha bir “qara qutu” tapıldı

“Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə aid daha bir “qara qutu” tapılıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.
“Hadisə yerinə baxış zamanı 2 ədəd registrator aşkar edilib və onlar Hava Qəzalarının Təhqiqat İdarəsinə təhvil veriləcək. Sonradan onlara tam şəkildə baxılacaq”, – Ordabayev bildirib.
O həmçinin əlavə edib ki, zərərçəkənlərin və havalimanının yerüstü xidmətlərinin əməkdaşlarının izahatları alınıb: “Dispetçerlərlə ekipaj arasındakı danışıqların səs yazıları götürülüb. Hazırda bütün şahidlərin əhatə dairəsi müəyyənləşdirilir. Eyni zamanda 4 min kv.km. ərazinin müayinə prosesi başa çatmaq üzrədir. Ərazinin mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir”.