Bia.Az

İstefa vermiş İlqar Məmmədova yeni vəzifə verildi

Siyasət
 4-12-2024, 14:35     537

Bir müddət öncə Real Partiyasının sədrliyindən istefa verən İlqar Məmmədovun nə işlə məşğul olduğu məlum olub.

Teleqaf.com-a bununla bağlı Real Partiyasnın sədri Natiq Cəfərli məlumat verib.

“İlqar Məmmədov hazırda partiyada çalışır. O, hər gün partiyadadır, hər gün bizimlə birlikdədir. Siyasi komitənin üzvü kimi fəaliyyətini davam etdirir”, - deyə o əlavə edib.

Partiya sədri bildirib ki, İlqar bəy qarşıdan gələn bələdiyyə seçkilərində Real-ın hazırlıq işlərində birbaşa iştirakçı və bəzi məsələlərin həllində əsas fiqurdur.

Qeyd edək ki, İlqar Məmmədov bu ilin sentyabrın 1-dən keçirilmiş növbədənkənar parlament seçkilərindəki uğursuzluqdan sonra Real sədrliyindən istefa verdiyini açıqlamışdı.скачать dle 12.1