Bia.Az

Biz Qarabağda Ermənistan üçün döyüşə bilməzdik, çünki… – Putin

Siyasət
 29-11-2024, 00:14     746

“KTMT-nin Qarabağda Ermənistan uğrunda döyüşmək öhdəliyi yox idi. Çünki İrəvana qarşı hər hansı təcavüzdən söhbət getmirdi”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT-nin Astanada keçirilən iclasında deyib.

“Ermənistanın KTMT-yə tamhüquqlu şəkildə qayıtması ehtimalı hələ də var. İrəvan təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir. Həmçinin KTMT-dən çıxdığını da elan etməyib”, – Rusiya prezidenti bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə İrəvanın KTMT-də fəaliyyətini dondurduğunu açıqlayıb. Ermənistan rəsmi səviyyədə təşkilatın tədbir və hərbi təlimlərinə qatılmır. Buna səbəb kimi isə Azərbaycanla müharibədə KTMT üzvlərinin İrəvanın yardım istəyinə cavab verməməsini göstərir.скачать dle 12.1