Bia.Az

Gürcüstanda MSK Baş Prokurorluğa müraciət etdi

Siyasət
 30-10-2024, 00:31     466

Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin saxtalaşdırılması ehtimalının araşdırılması xahişi ilə Baş Prokurorluğa müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

“Seçki saxtakarlığı ilə bağlı yayılan məlumatların ardıcıl olub-olmadığını müəyyən etmək üçün hərtərəfli və obyektiv araşdırma aparmaq lazımdır”, - MSK-dan bildiriblər.

Onlar belə bir araşdırmanın seçki administrasiyasının səlahiyyətinə aid olmadığını qeyd ediblər.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib.скачать dle 12.1