Bia.Az

Qərbin təhlükəli “Turan” planı: İki ölkə hərəkətə keçdi – Hədəfdə onlar var

Siyasət
 21-09-2024, 00:26     286

Son illərdə Almaniya və Fransanın Mərkəzi Asiya regionun yanaşması diqqət çəkir. Hər iki ölkənin rəsmiləri regiona ardıcıl səfərlər edir və müxtəlif sahələr üzrə razılaşmalar imzalayırlar.

Məsələn, Almaniya Özbəkistanla əldə etdiyi yeni razılaşmaya əsasən, dəmiryol, digər logistika, texnologiya və s. kimi vacib sahələr üzrə xeyli özbək mütəxəssislərin hazırlanmasını öz üzərinə götürüb. Kansler Olaf Şoltsun Mərkəzi Asiyaya son səfərində Qazaxstan, Qırğızıstan, Türkmənistan və Tacikistanla əməkdaşlıqlar barədə razılaşmalar əldə edilib.

Həmçinin bir müddət öncə Fransa Prezidenti Emmanuel Makronun da regiona səfərləri müzakirələrə səbəb olmuşdu.

Almaniya və Fransanın Mərkəzi Asiya ilə bağlı əsas planı nədir? Avropa formalaşmaqda olan türk dövlətlərinin birliyini parçalamaq istəyir?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Türk dövlətlərinin birləşməsi, müxtəlif güc mərkəzləri üçün təhdid hesab olunur:
“Əslində ABŞ və Avropada çalışan beyin mərkəzlərinin belə tədqiqatları var ki, türk xalqlarının birləşməsi ayrı-ayrı problemlərə yol aça bilər. Hazırda Qərbin sərgilədiyi türkfobiyanın pərdəarxasında məhz bu faktor dayanır.


İlyas Hüseynov

Türkiyə iqtisadiyyatının üzləşdiyi vəziyyət, ona qarşı tətbiq olunan sanksiyalar, türk lirəsinin dəyərdən salınması kimi addımlar məhz bu türkfobiyanın məhsuludur. Bütün bunlar həm də Ankara üçün bir mesajdır. Aydın məsələdir ki, “Türk birliyi” ideyası məhz Türkiyə və Azərbaycan tərəfindən önə çıxarılıb. Buna görə iki ölkəyə eyni tərzdə təzyiq göstərməyə çalışırlar”.

Politoloqun sözlərinə görə, Almaniya və Fransa rəhbərlərinin Mərkəzi Asiyaya səfərinin bir neçə səbəbi var:

“Amma ən önəmli səbəb, şübhəsiz, yaranmaqda olan “Türk birliyi”nin qarşısının alınmasıdır. Bu istiqamətdə Berlin və Paris ölkə ciddi işlər görür. Hətta Mərkəzi Asiya ölkələrinə edilən şirnikləşdirici yardımların da arxasında bu məqsəd dayanır.

Hesab edirəm ki, bu və bu kimi variantlar Mərkəzi Asiyada yerləşən türk ölkələrini “Türk birliyi”ndən yayındıra bilməyəcək. Çünki bu yardımlar müvəqqətidir. “Türk birliyi” isə gələcək perspektivdə üzv ölkələrin inkişafına şərait yaradacaq”.скачать dle 12.1