Bia.Az

Paşinyan sabah Bakının təklifinə cavab verə bilər

Siyasət
 30-08-2024, 16:30     334

Ermənistanın Baş naziri Nikol Paşinyan sabah – 31 avqustda mətbuat konfransı keçirəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan bildirib.

Onun sözlərinə görə, mətbuat konfransının məhz sabah keçirilməsi ilə bağlı bu gün qərar verilib.

Qeyd edək ki, Bakının İrəvana göndərdiyi COP29 dəvətinə Nikol Paşinyanın tətildən sonra keçirəcəyi ilk mətbuat konfransında cavab verəcəyinə dair məlumat yayılmışdı. Baş nazirin təxminən 2 ay sonra baş tutacaq brifinqində sülh prosesi və xarici siyasətlə əlaqədar vacib açıqlamalar verəcəyi gözlənilir.скачать dle 12.1