Bia.Az

Bakıda yolda uzanan şəxs həbs edildi: - "Arağımın üstünə spirt tökdülər"

Siyasət
 31-07-2024, 13:35     475

Bakıda içkili halda yolun üzərində uzanan şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsində baş verib.

Saxlanılan 1963-cü il tarixdə Saatlı rayonu, Mollavaizli kəndində anadan olmuş R.M. hadisəyə görə özünün yox, arağının üstünə spirt töküb onu sərxoş edənlərin günahkar olduğunu bildirib.

"Arağımın üstünə spirt tökməklə məni bu vəziyyətə saldılar", deyə həmin şəxs bildirib.

O, Rusiya Federasiyasından deportasiya olunduğunu deyib: "Yaşayış yerim Saatlı rayonundadır, dilənçi deyiləm, ara işlərində işləyirəm, lakin hazırda işim dayanıb".

Onun Azərbaycanda saxta dollar hazırlaması, Rusiyada isə davaya qarışması ilə bağlı barəsində cinayət işləri olub. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir daha belə bir hərəkətə yol verməyəcəyini bildirib. Həmçinin başında travma olduğunu deyib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və 8 gün müddətinə həbs edilib.
скачать dle 12.1